“Su içməyin dəriyə, ürəyə və selülitə faydaları

Su içməyin dəriyə, ürəyə və selülitə faydaları

Quruyan dərinin rəngi solur və cansız görünür. Buna görə də üzdə qırışlar meydana çıxır. Dərini nəmləndirməyin ən yaxşı yolu hər gün 15 stəkan su içməkdir. Bədənimizin yarısından çoxu sudan ibarətdir. Bu səbəbdən də həyati funksiyalarına davam etməsi üçün suya ehtiyac duyur.

Aparılan elmi araşdırmalarda davamlı şəkildə su içənlərin cəmi 30 gündə dəri sağlamlığında irəliləyiş qazandığını ortaya çıxarmışdır. Su içmək sərfəlidir və dəriyə qulluğun ən asan yoludur. Daha parlaq və sağlam, sızanaqsız bir dəriyə sahib olmaq üçün hər gün su için.

Su içmək infarkt riskini azaldır

Ürək damarlarında daralma ilə bağlı olaraq infart riski ortaya çıxır. Qadınlarda infarkt və bənzər xəstəliklər gün keçdikcə artmaqdadır. Halbuki hər gün 15 stəkan su içmək bədəndə qan dövranını asanlaşdırıb infarkt riskini azaldır. İndi düşünün: Günlərlə xəstəxanada qalmaq, nəfəs almaqda çətinlik çəkmək, dərmanlara bağlı yaşamaq mı istəyirsiniz, yoxsa davamlı su içərək azad, xoşbəxt və sağlam yaşamaqmı? Sizin üçün ən faydalı qərarı verəcəyinizə əminik.

Şişlər və selülitlərdən xilas edir

Əl və ayaqlarda şişmə tərəzidə daim artıq çəkili biri kimi görünməyin ən vacib səbəblərindən biridir. Bunun səbəbi lazımi miqdarda su içməməkdir. Susuz qalan bədən ödəm toplamağa başlayır və artıq çəki problemi meydana çıxır. Eyni şəkildə qadınlarda selülit probleminin ən vacib səbəblərindən biri də lazımi miqdarda su içməməkdir. Davamlı şəkildə su içməyə başlayaraq gündən-günə selülit və ödəmlərdən xilas ola bilər, daha sağlam həyata qovuşmaq üçün ilk addımı atmış olarsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!