“Yay aylarında diqqət etməli olduğumuz 10 şey!

Yay aylarında diqqət etməli olduğumuz 10 şey!

Yay aylarında bezdirici istilərin yaratdığı şikayətlərdən qurtulmaq üçün etməli olduğumuz bu kiçik şeylərlə yayı daha rahat keçirə bilərik.

1. Həddindən artıq yağlı qidalardan qaçının.
Xüsusilə ürək problemlərini hədəf alan, qızartma, xəmir yeməkləri və çox miqdarda kafeinli qidalar yeməməyə diqqət göstərin.

2. Alkoqoldan uzaq durun.
Alkoqolun ürək döyüntüsü və təzyiqi yüksəldən təsiri olduğundan dolayı alkoqollu içkilərdən xüsusilə yay aylarında uzaq durmağınız məsləhətdir.

3. Gündə 3 litr su için.
İsti havalarda tərləmə ilə daha çox itiririk. Bununla birlikdə təzyiqin düşməsi və yenə ürək pronlemləri kimi bir çox xəstəliyi də tətikləmiş oluruq. Bu səbəblə bol su için, su içmək üçün susamağı gözləməyin!

4. Mümkün olduqca 12:00 – 15:00 aralığında çölə çıxmayın.
Günəşin xüsusilə təpədə olduğu zamanlarda çölə çıxmaq təhlükəli ola bilər.

5. Dərmanlarınızı qaydalı istifadə etdiyinizdən əmin olun.
Dərmanlarınızın hamısını vaxtında atmağa diqqət edin, əgər özünüzü pis hiss edirsinizsə, vaxt itirmədən həkimə görünün.

6. Tünd rəngli paltarlar geyinməyin.
Tünd rənglər günəş işıqlarını əmərək xəstəliklərin yaranmasına səbəb olur. Bu səbəblə ağ və açıq tonlardakı paltarlara üstünlük verməlisiniz.

7. Birbaşa soyuq suya girməyin.
İsti altında uzun müddət qaldıqdan sonra soyuq hovuzlara və ya soyuq duşa girmək təhlükəli bir davranışdır. Bu səbəblə orta istilikdə, uyğunlaşana qədər soyuq sudan qaçının.

8. Kondisioner istifadəsinə diqqət edin.
Kondisioner istifadəsinə xüsusilə diqqət edilməlidir. Xüsusilə istiliyin çox yüksək olduğu zamanlarda evə girən kimi kondisioneri yandırıb qarşısında oturmamaq lazımdır.

9. Ağır və çox idman eləməkdən qaçının.
İdmanlarınızı günün isti saatlarında deyil, gündüz və gecə saatlarında və özünüzü çox yormadan edin. Eyni zamanda bol su için.

10. Mütləq gün eynəyi işlədin.
Günəş işıqları cildimizə zərərli olduöu qədər gözlərimizə də zərərlidir. Günəş işıqlarının qüvvətli olduğu saatlarda UB işıqlarından qorunmaq üçün bir gün eynəyi də işlətməlisiniz.

Həmçinin bax: Nə üçün günəş kremindən istifadə etməli?


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!