“Qaraciyər sağlamlığı üçün tövsiyə edilən qidalar

Qaraciyər sağlamlığı üçün tövsiyə edilən qidalar

Tərəvəzlər: Tərkibində sulfid (kükürd) olan qidalar qaraciyəri təmizləyir və bədəndəki kimyəvi maddələrdən daha qısa müddətdə azad olunmağı təmin edir. Kükürdlə zəngin olan tərəvəzlər soğan, sarımsaq və kələmdir. Lakin, təkcə bu tərəvəzləri yeməklə kifayətlənməyin. Həm qaraciyəriniz, həm də ümumi sağlamlığınız üçün gundə 3-4 pors təzə tərəvəz yeməyə çalışın.

Meyvələr: Antioksidant cəhətdən zəngin olan meyvələr qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edir, zərərli toksinlərin bədəndən xaric olma müddətini sürətləndirərək ümumi bədən sağlamlığımıza xeyir edir. Kivi, çiyələk, qaragilə və zoğal kimi meyvələr antikosidantla olduqca zəngindir. Bundan əlavə, portağal, qreyfrut, ərik, armud və alma kimi meyvələr də qaraciyəri qoruyur. Hal-hazırda qaraciyərlə bağlı bir probleminiz varsa, tərkibində A vitamini olan meyvələr yeməyin.

Taxıllar: Tam taxıllı qidalar karbonhidrat tərkibli olmağı və yağ miqdarının az olması sayəsində qaraciyərə faydalı qidalar arasında xüsusi yer tutur. Həmçinin, bu qidalar antioksidant vəzifəsi daşıyır və orqanizmimizi lazımlı vitamin və minerallarla təmin edir.

Protein: Bədənin enerjisini və əzələ toxumasının yaranmasını təmin edən protein sağlam bir qaraciyər üçün lazımlıdır. Ancaq artıq miqdarda protein qəbul edilməsi qaraciyəri yora bilər. Həmçinin, proteini yağlı ət kimi qaraciyər üçün faydalı olmayan qidalar əvəzinə az yağlı qatıq, pendir, ispanaq, soya paxlası və yaşıl noxud kimi qidalardan almağa üstünlük verin. Qaraciyər xəstəliyi olanlara həkim tərəfindən protein qəbulunu məhdudlaşdırmaları tövsiyə olunur.

Lif: Lif tərkibli qidalar yeməklərdən alınan artıq yağların bədəndən xaric edilməsinə kömək edir. Eyni zamanda lif toksinlərin bədəndən xaric olmasında qaraciyərin fəaliyyətini asanlaşdırır. Lif baxımından zəngin qidalara misal olaraq mərcimək, ispanaq, qara lobya, armud, alma, moruq və banan kimi qidaları göstərmək olar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!