“Xəstəliklərin təbii yolla müalicəsi - Darıdağ müalicəvi duzu

Xəstəliklərin təbii yolla müalicəsi - Darıdağ müalicəvi duzu

Kainat əczaxanası bütün xəstəliklərin müalicəsi üçün kifayət edir deyirlər. Elə bir xəstəlik yoxdur ki, dünyada onun sağalmasına, müalicəsinə kömək edəcək, təsir edəcək şey olmasın. Allah yaratdığı hər bir əşyanı, hər bir canlını böyük bir hikmətlə, qüdrətlə yaradıb. Biz insanlar isə öz qeyri-kafi biliklərimizlə hər şeyi dərk edə bilmirik. Amma elm inkişaf etdikcə, bilik artdıqca çarəsi olmadığını düşündüyümüz xəstəliklərin də çarəsi tapılır, o xəstəliklərdən əziyyət çəkən xəstələr şəfa tapırlar.

Dağlardan gələn mineral sular da bu qəbildən olan, Allahın dünyada bizə bəxş etdiyi nemətlərdəndir. Tədqiqatçılar araşdırdıqca fərqli-fərqli mineral maddələrin, tərkibində mineral maddələr olan suların müxtəlif xəstəliklərə yaxşı təsir etdiyini öyrənirlər. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində yerləşən Darıdağ ərazisindən çıxan arsenli su da bu qəbildən olan müalicəvi xarakterli mineral sulardandır.

Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malikdir, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir.

Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit xüsusiyyəti ilə əlaqələndirirlər.

Müəyyən edilib ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir. Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib.

Darıdağ müalicəvi duzu məhsulu müalicəvi əhəmiyyətli Darıdağ suyundan ev şəraitində istifadə etmək üçün arsenli suyun laboratoriya şəraitində təbii yolla buxarlandırılması vasitəsilə hazırlanıb. Darıdağ müalicəvi duzu hər paketin çəkisi 200 qram olmaqla flyon paketlərdə qablaşdırılır. 200 qramlıq bir paket 100 litr su ilə istifadə olunmaq üçün nəzərdə tutulub. 200 qram duz 39-41 C dərəcədə 100 litr su ilə qarışdırılaraq 25-30 dəqiqə vanna qəbul edilməlidir.

Müalicəvi duz bel-oma radikuliti, revmatik poliartrit, ostexondroz, dəri və dəri tipli sistem xəstəlikləri, ginekoloji xəstəliklər, fəqərə diskinin sıxılmaları və oynaq ağrıları kimi xəstəliklərdə istifadə olunur. Həmçinin, müalicəvi duzu heç bir xəstəlik olmadığı halda da saç tökülmələri halında, gün ərzində şişən ayaqlar üçün, ətə batan dırnaqlar üçün və dırnaq qırılması hallarında da istifadə etmək olar.

Darıdağ müalicəvi duzu məhsulunun internet saytında məhsul haqqında ətraflı məlumat tapa bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!