“Brokolinin faydaları!

Brokolinin faydaları!

Bir çoxumuzun sevmədiyi tərəvəz olsa da , brokoli olduqca faydalıdır. Ana yemək, şorba, salat kimi yeyildiyi zaman da sağlamlığa bir çox fadyası olan brokoli haqqındakı məlumatlar bu məqaləmizdə!

Torpağın bütün vitamin və mineralları brokolinin tərkibində var. A, C vitaminləri ilə yanaşı, follik turşu, lif kalsium, kükürd və antioksidant baxımından zəngindir. Dr. İbrahim Saraçoğlu brokoli suyunun ayda 3 dəfə tükətmək lazım olduğunu deyir.

Brokolinin faydaları nələrdir?

Aparılan araşdırmalara görə xərçəngli hüceyrələrin böyüməsini 70% azaltdığını, eyni zamanda hüceyrələrin sayını da kiçildərək tamamilə əngəllədiyi müəyyən olunmuşdur. Mütəxəssislər buna görə də həftədə 2 dəfə brokoli yeməyi tövsiyyə edir.

Kükürd maddəsi iltihad əmələ gəlməsinin qarşısını alaraq, damar divarlarını genişləndirir. Bu da tıxanma kimi sağlamlıq problemlərini aradan qaldırır. Qan axışı bu sayədə normala qayıdır və ürək xəstəlikləri riskini böyük miqdarda azaldır.

Çox nadir tapılan B6 vitamini baxımından olduqca zəngin olan bu qida, kök hüceyrələrini yeniləyir. Xüsusilə dəri altındakı hüceyrələri yeniləyən bu vitamin dəri və saç tökülmələrinin qarşısını alır. Həftədə 4 dəfə bir kasa brokoli yeyərək sebum adlı maddənin ifrazını artıra bilərsiniz. Sebum parlaq və hamar cild və saça sahib olmağını təmin edir.

Bədənə yerləşən qalıntı və artıqlarla ortaya tıxan bu toksinlər enerji miqdarını azaldır. Antioksidant baxımından güclü olan brokoli qısa zamanda sizi toksinlərdən azad edəcək, immunitet sisteminizi gücləndirəcək.

K vitamini qaynağı olan brokoli, beyin sağlamlığını da dəstəkləyir. K vitamini beynin qabiliyyət və qavrama bölümünü gücləndirir. Unutqanlığı, bununla birlikdə stress və depressiya faizini də azaldır. Mütəxəssislər nizamlı olaraq brokoli yeməyin irəli yaşlarda yaddaş itkisinin 80% azaltdığını müəyyən ediblər.

K və B vitamini sayəsində cildi hər cür zərərli hüceyrələrə qarşı qoruyur. Elastik formasını gücləndirərək yaşlanma və qırışıqlıqların əmələ gəlməsini dayandırır.

Gözün ehtiyacı olan A vitaminini artırır. Bununla birlikdə gözün zəif işıqda belə daha net görməsini təmin edir.


Yüksək lif və düşük kaloriyə sahib olduğu üçün diyet siyahılarını ən başda gəlir. Eyni zamanda da kalsium baxımından da zəngin olduğundan sümük inkişafını da gücləndirir.

QEYD: Brokoli yüksək miqdarda tükətilməməlidir. Xüsusilə mədə problemi olan insanlar həkim məsləhəti ilə nə qədər yeməli olduğunu müəyyən etməlidirlər. Çünki brokoli qaz, şişkinlik və turşuma əmələ gətirir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar