“Ən az alkoqol qədər zərərli olan şəkəri həyatımızdan çıxarsaq, nə baş verər?

Ən az alkoqol qədər zərərli olan şəkəri həyatımızdan çıxarsaq, nə baş verər?

Son bir neçə ildir mütəxəssirlər şəkərin sağlamlığımız üzərindəki təhlükələri barəsində xəbərdarlıq edirlər. Şəkər, tip-2 diabet, ürək xəstəlikləri və obezliyin təməl səbəblərindəndir.

Şəkərin özü tamamilə zərərli olmasa da, qidaların tərkibinə yerləşdirilmiş, təbii olmayan şəkər istifadə edilməməlidir.

Bildirmək lazımdır ki, təbii şəkər, yəni meyvələrin içində olan halı ilə istifadə edildiyi zaman zərəli olmur. Mütəxəssisləri narahat edən, zavodlarda istifadə edilən və yediyimiz demək olar ki, bir çox qidanın tərkibində olan şəkərdir.

Şəkərin kokain kimi asılılıq yaratdığı düşünülür. Bu səbəblə də şəkəri buraxmaq bizim üçün mümkünsüz kimi görünür.

Çünki təkcə marketdən aldığımız şəkər deyil, yediyimiz bir çox məhsulun da tərkibində şəkər vardır. Şəkər bədənimizdə bir təhdid əmələ gətirir və bir çox problemə səbəb olur.

Şəkəri həyatımızdan tamamilə çıxarsaq, nə baş verər?

Şəkəri buraxmaq daha tox hiss etməyinizə səbəb olur.
Şəkər yemək yedikdən sonra loptin adı verilən doyma hissi əmələ gətirən hormonun ifraz olunmasının qarşısını aldığı üçün çox şəkər yeyən insanlar doyma hissini az hiss etdiyi üçün çox yeyərək kökəlirlər. Əgər şəkəri buraxsanız, bədəniniz iştahınızı qaydasına salacaqdır.

Ürəyinizi qoruyacaqsınız. Şəkəri buraxmaq ürək xəstəliklərinin qarşısını almağın ən önəmli yoludur. Şəkərin əmələ gətirdiyi əlavə kalorilər bədənimizdəki yaxşı xolesterolun əmələ gəlməsini əngəlləyir, bu da ürək problemlərinin yolunu açır.

Qarın yağlarını azaldır.

Şəkər vitamin və mineral cəhətdən çox kasıb, kalori cəhətdən isə bol bir qidadır. Bu yüksək kalorilər və az vitamin bədənimizə girdiyi zaman asanlıqla yağa çevrilir və irəliləyən zamanlarda obezliyə gətirib çıxarır.

Qara ciyərinizi qorumuş olursunuz.

Araşdırmalar göstərir ki, həddindən artıq şəkər tükətmək, eyni ilə alkoqolda olduğu kimi qara ciyərimizə də mənfi təsir göstərir. Şəkəri buraxmaq qara ciyərin işləməsini qaydasına salaraq, onun yorulmadan işləməsini təmin edir.

Böyrək daşı əmələ gəlməsinin qarşısını alır.

Şəkər böyrək daşı əmələ gəlmə riskini 25% artırır. Şəkərli içkilər və qidalar, bu riski 33%-ə qədər artırır. Bu riskin qarşısını almaq üçün təbii meyvı suları və su kimi daha sağlam qidalara üstünlük vermək lazımdır.

Dərinizi qoruyur.

Şəkər tükətmək qlikasiya adlanan prosesi başladır. Bu proses elastin və kollagenin zədələnməsinə səbəb olur. Şəkəri həyatınızdan çıxarmaq cildinizin gənc görünüşünü qoruyur və yaşlanmanın erkən əlamətlərinin ortadan qaldırır.

 Şəkər süd vəzi xərçənginə səbəb olurmuş!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar