“Gecə qidalanmaq üçün 5 faydalı məzə

Gecə qidalanmaq üçün 5 faydalı məzə

Gecə yemək yeməyin kilo itkisini və kiloya nəzarəti çətinləşdirdiyinə dair edilən araşdırmalar var, amma əgər axşam yeməyini erkən saatlarda yeyirsinizsə böyük ehtimalla bir neçə saatdan sonra aclıq hiss edir və mətbəxdə gəzinirsiniz. Bəs sizə həm kilo artırmayacaq, həm də aclığınızı aparacaq yeməklərin olduğunu desək?

 

1. Gilas

Yay meyvələrinin ən sevilənlərindən biri olan gilas eyni zamanda yuxuya dalmanı da asanlaşdıran bir meyvədir. Şişkinliyə xeyirdir və tərkibindəki antioksidanlarla ürək xəstəliklərinə qarşı qoruyucudur. Axşam yeməkdən sonra 15 gilas 1 porsiya meyvə yeyə bilərsiniz, amma hər şeyin artığının yağ olaraq yığıldığını və porsiyalara diqqət etməli olduğunuzu unutmayın.

2. Banan və ya badam əzməsi

Bir yemək qaşığı şəkərsiz fıstıq əzməsi çəkilmiş, kiçik bir banan həm ləzzətli məzədir, həm də yatmağınıza kömək edər. Banan serotonin adı verilən və melatoninə çevriləbilən hormon baxımından zəngin qidadır. Fıstıq əzməsi də sağlıqlı yağlar, E vitamini və mazgenium baxımından olduqca zəngindir.

3. Qatıq

Qatıq kalsiumun ən yaxşı qaynaqlarından biridir Kalsium əzələ və sümükləri gücləndirməklə bərabər yuxuya dalmağınıza da kömək edir. Qatıq xüsusən də kazein adı verilən bir proteinlə zəngindir. Aparılan bəzi araşdırmalar kazein qəbul etməyin sonraki səhər aclığı apardığını qeyd edir. Yağ yandırmağını artırmaq üçün qatığınıza zərdəçal, qara bibər, pul bibər kimi ədviyyatlar qata bilərsiniz.

4. Qabaq tumu

20 qram qabaq tumu 110 kaloridir və gündəlik almalı olduğunuz maqneziumun 25%-ni qarşılamağa kömək edir. Qabaq tumu həm yağ, həm də tərkibindəki kalori səbəbiylə porsiyasına çox diqqət edərək qəbul etməli olduğunuz qidalardan biridir.

5. Kraker və pendir

Karbonhidrat ilə proteini balanslaşdıran məzələr, pendir və tam taxıllı krakerlər, qan şəkəri səviyyənizi də müntəzəm hala salır. Pendir melatonin səviyyəsini yüksəldir və yuxuya keçməyə kömək edir. 3-4 ədəd tam buğdalı kraker və ya grissini və bir dilim pendir, ortalama 150 kaloridir. Duzlu, yağlı kraker və grissinilər yerinə evdə hazırlanmış az duzlu və az yağlı olanları yeməniz tövsiyə olunur.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar