“Yayda sağlam qidalanmağın sirri burada!

Yayda sağlam qidalanmağın sirri burada!

Yayın yorucu istilərindən qidalanma rejimi pozulanlar üçün yay aylarında sağlam qidalanmağın ipuclarını sizin üçün bir araya gətirdik.

Yay aylarında şəkər xəstəliyi, təzyiq kimi sağlamlıq problemləri ilə yanaşı meyvə və tərəvəz yeməyə diqqət etmək olduqca önəmlidir. Bədənin ehtiyacı olan suyu qarşılamaq üçün su içməyə həssas yanaşmalıyıq. Bununla birlikdə bədənin immunitet sistemini gücləndirmək üçün meyvə yeməyi də nəzərdən keçirin. Xüsusilə, ədviyyatlı, mayonez tərkibli qızartma kimi yeməklərin əvəzinə qaynadılmış və ya sobada bişmiş yeməkləri seçə bilərsiniz..

Yayda nə qədər su içməli?

Yayın çox isti vaxtlarında bədənin su itkisi çox olur. Bunun üçün yayda su içmək çox daha önəmlidir. Yayda hərəkət etməyə bağlı olan həddindən artıq tərləməni tarazlaşdırmaq üçün 2-2,5 litr su içməyə diqqət edin. Təztiq problemi olmayanda 1 və ya 2 butulka qazlı su içə bilər.

Yay aylarında uzaq durmalı olduğumuz qidalar hansılardır?

Bədənimizi rahatlaşdırmaq və yormamaq üçün ədviyyatlı və qızartma yeməklərinə ara vermək lazımdır. Xüsusilə bədənin su ehtiyacını qarşlaşaya biləcək meyvə və tərəvəzlərə üstünlük vermilməsində fayda var.

İndi isə sıra şirniyyatlardadır!

Yay aylarında ürəyi çoxlu şirniyyat istəyən insanlar kilo almamaq üçün şirniyyata olan istəyinizi meyvələrə yönləndirə bilərsiniz. Gündə 2 və ya 3 porsiya meyvə yeyərək ehtiyacınızı qarşılaya bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar