“Zamuj ayaqqabılara qulluq

Zamuj ayaqqabılara qulluq

  • 29.02.2016

  • Moda
  • 5092

Nə qədər gözəl görünsələr də qulluq etmək çətin olduğu üçün zamuj ayaqqabıları almaqda çox vaxt tərəddüd edirik. Bu ayaqqabılar həqiqətən də çirkləndikləri zaman çox pis görünürlər.
Amma biz sizə bu cür ayaqqabıları necə saxlamaq və onlara necə qulluq etmək barədə bir neçə tövsiyə vermişik. Bu tövsiyələrimizə əməl edərək islanmış və ya tozlanmış zamuj ayaqqabılarınızı asan bir şəkildə təmizləyə bilərsiniz. Hər dəfə geyindikdən sonra təmizliyinə diqqət etməklə ayaqqabılarınızın hər zaman yeni kimi görünməsini təmin etmiş olarsınız.

Qışda və ya payızda geydiyiniz bir zamuj ayaqqabınız vardırsa, bu zaman onun yağış və qar nəticəsində çirklənməsinə də hazırlıqlı olmalısınız. Bu zaman evə gəldiyinizdə ayaqqabınızı günəş görməyən bir otaqda qurumağa qoyun və formasını itirməməsi üçün içinə kağız doldurun.

Ayaqqabınızın tamamilə quruduğundan əmin olduqdan sonra bir zamuj fırçası ilə kirləri fırçalayın. Fırçanı bir istiqamətdə eləməyə diqqət yetirin.
Əgər ləkələr fırçalamaqla getməmişdirsə, zamuj ayaqqabılar üçün olan silgidən istifadə edin. Silgiylə ləkələri təmizlədikdən sonra ayaqqabınızın üzərinə sprey vurun.

Bu cür ayaqqabılarınızı heç ləkələnməsələr belə hər istifadədən sonra fırçayla silib, üzərinə sprey vurun və içini kağızla doldurub qurumağa qoyun.

Ayaqqabının tüklərini qaldırmaq üçün isə su buxarından istifadə edə bilərsiniz. Ayaqqabınızı qaynayan suyun buxarına tutun, sonra isə fırçalayın. Bu üsul ayaqqabınızı nəmləndirəcək və tüklərinin daha qabarıq durmasını təmin edəcəkdir.

Zamuj ayaqqabıların təmizliyində diqqət etməli olduqlarınız:

•Ayaqqabınızı yaş olarkən fırçalamayın.
•Fırçalamanı bir istiqamətdə edin.
•Gün işığında qurutmayın.
•Qurudarkən formasının itməməsi üçün içinə kağız doldurun.

Beləliklə, bu tövsiyələrə əməl edərək zamuj ayaqqabılarınıza asanlıqla qulluq edə bilər, onların hər zaman təzə kimi qalmasını təmin edə bilərsiniz. Belə ki, onları təkcə kirləndiyi zaman deyil, hər istifadədən sonra təmizləməlisiniz. Bu qulluq üsullarını öyrənməklə sevdiyiniz zamuj ayaqqabıları almaqdan imtina etməyəcək və onları rahatlıqla istifadə edəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!