“Olduğunuzdan daha arıq görünməyin sirləri

Olduğunuzdan daha arıq görünməyin sirləri

  • 19.05.2016

  • Moda
  • 3499

Dar və düz don

Arıq görünmək üçün dar və düz bir don seçimi edə bilərsiniz. Tək rəngli, tünd, diz üstündə bitən, nə çox dar, nə də çox enli bir don sizi olduğunuzdan daha arıq göstərəcək.

Doğru parça          

Parça seçiminə diqqət edin. Mat parçalara üstünlük verin. Parlaq parçalar sizi olduğunuzdan daha kilolu göstərəcək. Korset taxa bilərsiniz. Pencək geyinmək də bədəninizdəki qüsurları gizlətmək üçün yaxşı bir üsuldur.

Qələm ətək

Bir çox qadının qələm ətəklərlə bağlı səhv fikirləri vardır. Qələm ətək geyindikdə kök görünəcəklərini düşünürlər. Ancaq bu səhv fikirdir. Əksinə, qələm formalı ətəklər sizi olduğunuzdan daha arıq göstərəcəkdir.

Düz şalvar

Əgər arıq görünmək istəyirsinizsə, böyük cibli, enli şalvarlar ilə vidalaşın. Sizin üçün doğru şalvar düz olan və heç bir yerində cizgi olmayan şalvardır.

Nazik uclu ayaqqabı

Ayaqqabı sizin bütün stilinizi tamamlayacaq. Buna görə də qara və ya digər tünd rənglərdə olan ucu nazik ayaqqabıları geyimlərinizin tamamlayıcısı kimi istifadə edin. Hündür dabanlı, ucu nazik ayaqqabı sizin arıq və uzun göstərəcəkdir.

Əl çantası

Çiyninizə və ya qolunuza taxdığınız çantalar daha iri görünməyinizə səbəb ola bilər. Əldə daşınan zərif və kiçik çantalara üstünlük verin. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!