“Qənaət etməməli olduğunuz şeylər

Qənaət etməməli olduğunuz şeylər

  • 25.03.2016

  • Moda
  • 2809

Hamımızın yaxşı geyinməkdən, modanı izləməkdən və stil sahibi kimi görünməkdən xoşumuz gəlir. Ancaq bütün bunları etmək üçün yetərli büdcəmiz olmaya bilər. Bu səbəbdən də bəzən ucuz geyimlərə üstünlük verə bilirik. Yenə də istifadə etdiyiniz bəzi məhsullar var ki, onları istifadə edərkən ucuza qaçmamaq lazımdır. Sağlamlığa zərər verən şeylərdən qaçmaq və keyfiyyətli bir stilə sahib olmaq üçün qənaət etməməli olduğumuz şeyləri sizin üçün qeyd edəcəyik.

Ayaqqabılar

Ayaqqabılar ayaqlarımızın sağlamlığı üçün çox vacibdir. Bu səbəbdən ayaqlarımızı əmanət etdiyimiz ayaqqabılarımızı seçərkən də keyfiyyətli məhsullar seçməliyik. Ucuz ayaqqabılar keyfiyyətsiz materiallardan hazırlandığı üçün ayaqlarınızı havasız qoya bilər, incidər və sağlamlıq problemlərinə səbəb olar.  Bu səbəbdən də ayaqqabılar qənaət etməməli olduğunuz şeylərdən birincisidir.

Alt paltarı

Bütün gün əynimizdə olan və dərimizlə birbaşa təmas edən alt paltarlarımızı seçərkən keyfiyyətinə əmin olduğumuz markalardan seçməliyik. Keyfiyyətsiz materiallar, neylon tərkibli geyimlər və zərərli materiallar dərimizin nəfəs almasının qarşısını alaraq ciddi sağlamlıq problemlərinə səbəb olur. Alt paltarlarını seçərkən pambıqlı, ya da ipək kimi təbii materiallardan hazırlanmış geyimlərə üstünlük verin.

Qışlıq çəkmələr

Qış aylarında geyindiyimiz çəkmələr bizi həm nəm, həm də soyuq havadan qoruyur. Dabanı sürüşməyən, su keçirməyən və isti saxlayan çəkmələr soyuq havalarda ən yaxşı köməkçilərimizdən biridir. Çəkmə seçərkən ucuzluğa qaçmamalı, keyfiyyətli məhsullara üstülük verməliyik.

Palto

Ən az çəkmələr qədər paltolar da bizim ən vacib qoruyucularımızdandır. Soyuq havaların təsirindən qorunmaq və qış ayları boyunca gözəlliyimizi qoruyub saxlamaq üçün yaxşı bir palto seçməliyik. Üstəlik plaş, panço kimi geyimlər illərlə geyilməyə uyğun olduqlarından ən keyfiyyətlisini almaq lazım gələ bilər.

Gün eynəyi

Növbə göz sağlamlığımızdadır. Sadəcə gözəl göründüyü üçün, ya da fərqlilik olsun deyə aldığımız keyfiyyətsiz və markasız gün eynəkləri göz sağlamlığımıza çox mənfi təsir göstərə bilər. Gün eynəyi alarkən keyfiyyətli məhsullar arasından seçim etməli, ultrabənövşəyi şüalardan qoruyan şüşələr seçməlisiniz.

Makiyaj məhsulları

Makiyaj məhsulları birbaşa üz dərimizlə təmas etdiyi və dərimizə nüfuz etdiyi üçün olduqca vacibdir. Sadəcə rəngini bəyəndiyiniz üçün keyfiyyətsiz dodaq boyalarından, naməlum markaların tonal kremlərindən istifadə etməyin. Bunlar hamısı sağlamlığımıza birbaşa təsir edən məhsullardır. Makiyaj məhsulları akarkən tərkiblərini yaxşıca oxumalı və tanıyıb, etibar etdiyiniz markalardan alış-veriş etməlisiniz.

Vaxtdan asılı olmayan geyimlər

Qara bir pencək, ağ bir köynək, ya da “nude” tonlarda bir ayaqqabı... Bunların hamısı illər boyu geyinə biləcəyiniz şeylərdir. Əgər bunlardan birini almağı düşünürsünüzsə, pula qənaət etməyə çalışmayın. İllərlə istifadə edəcəyiniz bu geyimlərin keyfiyyətli olması çox vacibdir. Qara, qısa bir don, dəri bir çanta alarkən keyfiyyətinə diqqət etməli və uzun müddətli olmaları üçün ucuza qaçmamalısınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!