“Coco Chanelin həyatı

Coco Chanelin həyatı

  • 06.10.2015

  • Moda
  • 2487

Hər birimizin tanıdığı, CHANEL markasının yaradıcısı olan Coco Chanelin həyatı yəqin ki, bir çoxlarınıza maraqlıdır. Fərqli həyat tərzi olan bu xanımın həyatından maraqlı məqamları sizin üçün bir araya gətirdik.

O, 19 Avqust 1983-cü ildə Qərbi Fransada Jeanne Devolve adında qulluqçu bir qızın ikinci övladı olaraq dünyaya gəlir. Atası Albert Chanel at arabası ilə qəsəbədəki bazarları gəzir. O səyyar satıcı olaraq işləyir və ailəsindən bixəbər yaşayır. Gabrielle-nin dünyaya gəlişindən 7 il sonra ata və anası evlənirlər. Bundan düz 5 il sonra isə Jeanne vərəm xəstəliyindən həyatını itirir və ardında 5 uşaq qoyur. Gabrielle-nin özündən bir yaş böyük bacısı, özündən kiçik 1 bacı və 2 qardaşı vardır.

Analarının ölümündən sonra oğlanlar işçi olaraq tarlalara, Gabrielle ilə bacısı isə Katolik kilsəsinə göndərilirlər. Bu çətin həyat Gabrielle üçün olduqca dözülməzdir. Burada olan rejim onun istədiyi həyat deyildir.

18 yaşına çatdığı zaman Gabrielle artıq kilsədə qalmaq üçün olduqca böyükdür. Bu Gabrielle üçün böyük bir fürsətdir və onun bu fürsəti qaçırmaq niyyəti yoxdur. Beləcə o kiçik bacı-qardaşlarını da götürüb Katolik qızların qaldığı Fransanın Aubazine şəhərində yerləşən bir evdə yaşamağa qərar verir. Orada qaldığı 6 il boyunca tikiş tikməyi öyrənir və dərzi olaraq işləməyi qarşısına məqsəd qoyur. Bir müddət sonra o zabitlərin geyimlərinin tikildiyi bir yerdə dərzi olaraq işə başlayır. Fransız Zabitləri onun işlədiyi yerə tez-tez gəlib getməkdədir.

Etienne gənc bir fransız zabitdir. O ilk görüşdə Chaneldən xoşlanmışdır və tanış olduqları ilk gün o, Gabrielle-ni fransız zabitlərin getdiyi Cafe Chantant adlı əyləncə məkanına dəvət edir. Chanel həyatında ilk dəfə belə bir yerə gəlmişdir. Qadınlar, qəhqəhələr, rəqs, zabitlər, siqaret tüstüsü və səhnə. Elə bu andaca bir qadın səhnədə mahnı ifa edir. Etienne Gabrielle-nin səhnəyə çıxıb onun üçün bir mahnı oxumasını istəyir. Məcbur da olsa səhnəyə çıxan Gabrielle pianoçunun yanına yaxınlaşaraq “Coco-nu Trocadero-da kim gördü?” adlı mahnını sifariş edir.

Mahnı bitir amma alqışlar bitmir. Bir tərəfdən də “Bir daha Coco!” deyə istəklər gəlməkdədir. Gabrielle səhnədən endikdən sonra Etienne onu qucaqlayır və “Co-co Co-co” - deyə pıçıldayır. Daha sonra: “Sən mənim üçün bu gündən sonra Coco olacaqsan” deyir. Beləliklə CoCo Chanel adı yaranır.

Bundan sonra o Etienne ilə 3 il boyunca bir yerdə yaşayır. Bir müddət sonra əvvəllər ona çəkici gələn bu həyatda xoşbəxt olmadığını hiss edir. Etiennenin malikanəsində hər gün məclis və içki ilə qonaq qarşılamaq Coco üçün deyildir.

1908-ci ildə Etiennenin təşkil etdiyi bir partidə dostu Boy Chapel də dəvətli qismində iştirak edir. Boy Chapel aristokrat bir ailədən gəlməkdədir. O gecə bir-birini görən Boy Capel və Coco Etienneni arxalarında buraxaraq birlikdə Parisə gedir. Sevgi heç nəyə qarşı gələ bilmir. Boy Capel Coco üçün Parisdə bir bina evi kirələyir və Chanelin ilk mağazasını açması üçün maliyyə dəstəyi göstərir. Chanel ilk olaraq papaq dizayn edir. Artıq 1910-cu ildə onun 21 dənə papaq dükanı olur. Bunun ardından isə o fərdi geyim dizaynlarına başlayır. Bununla da CHANEL markası böyüyür.

 

Capel və Chanel cütlüyü Deauville-də uzun müddət birlikdə xoşbəxt vaxt keçirsələr də Capel heç bir zaman Cocoya qarşı dürüst olmur. 9 il sonra aristokrat bir ingilis xanımla ailə qurur. Buna rəğmən heç bir zaman da Coco ilə əlaqələrini qırmır. Boy Capelin maşın qəzasında həyatını itirdiyi gün Coco onu tək buraxmır və Capelin ölümünün ardından “Onun ölümü mənim üçün böyük bir şok oldu. Onu itirdiyim gün əslində hər şeyimi itirdim. Həyatda gələ biləcək bütün xoşbəxtlikləri də itirdiyimi deməliyəm” - deyə bir açıqlama etdi.

1920-ci ildə balet Sergei Diaghilev tərəfindən İgor Stravinsky ilə tanış edilir. Böyük bir eşq yaşayan ikili qısa müddət içərisində yollarını ayırır. 1925-ci ildə Coco Avropadakı elit kütləyə xitab edən və dizayn etdiyi paltarları hər kəs tərəfindən bəyənilən birinə çevrilir. Bu il içərisində İngilis aristokratlarından Vera Bate Lombardinin təşkil etdiyi partiyə onun yaxın dostu olan Coco da dəvət olunur və orada Westminsterin vəzifəli şəxslərindən biri ilə tanış edilir. Coco artıq rəsmi olaraq elan edilməsə də artıq bir hersoqinyadır. Westminster hersoqu Cocoya bahalı cəvahirat, dəyərli sənət əsərləri və Londona yaxın bir bölgə olan Mayfair-də bir ev hədiyyə edir. 1929-cu ildə hersoq Coco üçün Monte Carlo yaxınlığında bir ərazi satın alır və Coco da burada böyük bir villa inşa etdirir. Onların münasibəti 10 il davam edir.

Bütün bunlara rəğmən Coco heç vaxt evlənmir. Ondan niyə hersoqla evlənmədiyi soruşulduğunda isə o: “Bu günə qədər bir neçə dənə Westminster hersoqinyası olub ancaq dünyada sadəcə bir dənə Chanel var” cavabını vermişdir.

1939-cu ildə ikinci dünya müharibəsi başladığı zaman Chanel bütün mağazalarını bağladı. Sadəcə evində geyimlər tikərək o dövrü keçirdi. 1945-ci ildə Coco İsveçrəyə köçdü və 1954-cü ildə Parisə geri döndü. Eyni il də Chanel moda dünyasına geri döndü və özünə mağaza açdı. Sadiq ingilis və amerikan müştəriləri sayəsində əvvəlki populyarlığına qovuşdu.

1971-ci ilin əvvəllərində 87 yaşında Coco yaşlılığa əngəl ola bilmədi. O, yorğun və xəstə idi. Ancaq buna rəğmən yaz kolleksiyasını hazırlamaqdan geri qalmadı. 1971-ci ilin əvvəlində həyata gözlərini yumdu.

Coco Chanelin unudulmayan sözləri:

“Moda keçər, stil qalar”

“Hər qadın laiq olduğu yaşdadır”

“Uğur həmişə məğlubiyyətin nə olduğunu bilməyənlərindir”


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!