“ Adidasın tarixcəsi

Adidasın tarixcəsi

  • 11.01.2016

  • Moda
  • 1500

Almaniyada kiçik bir qəsəbə olan Herzogenaurachda 2 qardaş ayaqqabı düzəldib satmaqla məşğul olurdular. Bu qardaşlar gələcəkdə bir-birinə düşmən olacaq Adolf və Rudolf Dasslerdirlər. Əslində lap balaca vaxtlarından yola getməyən bu qardaşların arası İkinci Dünya Müharibəsindən sonra daha da pisləşir. Müharibədən sonra hər iki qardaş qəsəbəni ikiyə ayıran çayın ayrı-ayrı sahilində bir atelye açırlar. Adolf Adidas markasının, Rudolf isə Puma markasının təməllərini bu atelyedə atmışdı. İki qardaş indi çox geniş istifadə olunan iki markanı bizə hədiyyə etsələr də bir-biriylə küsülü olaraq vəfat etmişdirlər. Hal-hazırda hər iki markanın mərkəzi Herzogenaurach qəsəbəsində yerləşir.

Adidas dünyanın ən böyük idman məhsulları istehsal edən markasıdır. Adını qurucusu olan Adolf (Adi) Dasslerdən (Das) götürmüş və günümüzə qədər gələrək bir çox insanın, futbolçu və digər idman növü nümayəndələrinin geyim və idman ləvazimatları baxımından üstünlük verdiyi markalardan olmuşdur. Məhsulları olduqca keyfiyyətli və dayanıqlıdır.

Məşhur olan 3 cizgi

Markanın məşhur olan 3 cizgisinin bir ayaqqabı üzərində tətbiqi 1949-cu ilə təsadüf edir. 1960-cı ildən etibarən isə bu 3 cizgi geyimlərdə də tətbiq edilməyə başlamışdır. Markanın 3 yarpaqlı loqosu 1971-ci ilin avqust ayında hazırlanmış, 1972-ci ildən etibarən isə məhsullarda tətbiq edilmişdir.

Adidas markası 1997-ci ildə inteqrasiyalı dizaynlarını ictimaiyyətə tanıdır. Kreativ bir direktor olan Peter Moore tərəfindən 1990-cı ildə dizayn edilən və Equipment performans məhsullarının yer aldığı kolleksiyada istifadə edilən loqo markanın bütün məhsullarında istifadə ediləcək olan loqo kimi tarixə keçib.





Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!