“Həyat yoldaşınız sizə sevdiyini demir?

Həyat yoldaşınız sizə sevdiyini demir?

Bütün qadınlar sevildiyini bilmək istəyir. Sevgilisi tərəfindən hər an sevgi sözləri eşitmək qadınları buludların üzərində hiss etdirir. Ancaq kişilər üçün vəziyyət bir az fərqlidir. Filmlərdə və karikaturalarda tez-tez işlənən “Məni sevirsənmi?” sualına qarşı verilən maraqlı cavabların arxasında da iki cins arasında olan fərqli düşüncə tərzi vardır.

Kişilər üçün “Səni sevirəm” cümləsi nə ifadə edir?

Bütün kişilər üçün bunun eyni olduğunu demək mümkün deyil, amma, adətən, qadınlarla müqayisədə bu sözə çox böyük bir məna yükləyirlər. Səni sevirəm dedikdən sonra az qala həyatlarının dəyişəcəyini düşünür və özlərini asılı hiss edirlər.

Sevgilimin məni sevdiyini deməsi üçün nə etməliyəm?

Bu mövzuda edilən təzyiqlər həm sevgilinizin bezməsinə, həm də sizin üzülməyinizə səbəb ola bilər. Unutmamalısınız ki, təzyiqlə sizi sevdiyini deməsi sizi heç də xoşbəxt etməyəcək. Buna görə də edə biləcəyiniz şey sevildiyinizi eşitməkdən xoşunuzun gəlməsini ona hiss etdirməklə məhdudlaşır. Ancaq qabarıq şəkildə hiss etdirməyə də çalışmamalısınız. Əks halda özünüzü gülməli vəziyyətə sala bilərsiniz. Hiss etdirmək üçün romantik bir film izləyib, nə qədər xoşunuza gəldiyini deyə bilərsiniz. Ancaq çalışın ki, müqayisəyə yol verməyəsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!