“Hansı hallarda boşanmaq olar?

Hansı hallarda boşanmaq olar?

Evliliyi sonlandırmaq hər iki tərəf üçün də travmatik nəticələr yaradır. Bəs pis gedən münasibəti hansı hallarda bitirmək olar?

Mənfi asılılıqları varsa

Əgər partnyorunuz qumar, seks, spirt və ya narkotik kimi asılılıqlar səbəbiylə kömək almağa, ya da həyatını dəyişdirmək üçün bəzi proqramları tətbiq etməyə hazır deyilsə, uzaqlaşmaq ən yaxşı variant ola bilər.

Şiddət varsa

Asılılıq kimi bu vəziyyətdə də uşaqlar zorakılığa uğramasalar da, valideynləri arasındakı şiddət səbəbiylə risk altında olacaqlar.

Bir uşaq zorakılığa məruz qalarsa və ya gözlərinin qarşısında yaşanmasının şahidi olarsa, bədbəxtlik və özünə qarşı çox aşağı bir etibarla böyüyəcək. Bu tərz bir ailə uşaq üçün zəhərli mühit yaradır. Belə vəziyyətlərdə rəsmi təşkilatlardan və qeyri-hökumət təşkilatlarından dəstək almağınız da əhəmiyyətli olacaq.

Uşaq sahibi olma anlaşılmazlığı

Uşaq sahibi olmaq üçün yaş və dövri vəziyyətlər əhəmiyyət daşıyır. Tərəflərdən birinin uşaq sahibi olmaq istəməsi, digərinin istəməməsi problemlərə yol aça bilər. Bunun yoldaşlar arasında qarşılıqlı çətinliklərə gətirib çıxarmaması üçün ünsiyyət kanalları açıq olmalı və partnyorlar bir-birini başa düşməlidir. Yoxsa peşmanlıq və günahlandırma kimi hallar meydana gələ bilər.

Peşmanlıq duyulmayan sədaqətsizlik

Tək gecəlik bir əlaqə idi, yoxsa illərlə davam edən gizli bir eşq hekayəsi? Daha da əhəmiyyətlisi bunlar yaşandıqdan sonra hadisəyə necə yaxınlaşıldı?

New Yorklu bir Psixoterapevt və yazar olan Rachel A. Sussman'a görə xəyanət avtomatik olaraq evliliyi bitirəcək bir vəziyyət olmaq məcburiyyətində deyil.

Yoldaşların bir-birindən uzaqlaşması

Dramatik səslənə bilər, lakin bəzən evliliklər illər içərisində səssiz bir şəkildə davam edir və geri dönüş də yoxdur.

Boşanmadan yaxşı şeylər gözlənilməsə də, mütləq yaxşı şeylər də olacaq. Boşanan bir çox adam bu proseslərdə ciddi özünə inam inkişaf etdirir. Təbii ki, ən əhəmiyyətlisi odur ki, onlar subay olaraq da xoşbəxt ola bilərlər. Lakin boşanma imzasını atdıqdan sonra mütləq yaxşı nəticələr reallaşır deyə bir şey də yoxdur.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!