“2018-də Buğa bürcünü nələr gözləyir?

2018-də Buğa bürcünü nələr gözləyir?

2018-ci ildə sizi sərfəli müqavilə gözləyir. İl uzaq səfərlər, xarici ezamiyyətlərlə başlaya bilər. İstisna sayıla biləcək imkanlar 5-17 yanvar tarixlərində yaranacaq. Tərəfdaşlıq mövzusunu ön planda saxlayın  və siz rahatlıqla öz imkanlarınızı genişləndirəcəksiniz. Nikah bağlamaq üçün gözlədiyiniz uğurlu zamandır. Amma karyera məsələləri hələ də  diqqət mərkəzinizdə olmalıdır. İş problemlərinizi nə qədər evinizdən və ailənizdən kənar həll etsəniz, o qədər uğur qazanıb, parlaq gələcəyə addımlayacaqsınız.

Fevral həyatınıza sirr ətirini gətirəcək. Əgər uzun müddət qalmasanız, xəyal dünyasında qalmaq çox şirindir. Rəngli gözlüklərinizi çıxarın, əlaqələrinizi və onların perspektivlərini qiymətləndirin. Olmaq istədiyiniz yerə doğru irəliləyirsiniz? Hədəfinizdən və qərarlarınızdan əmin olun. Gözləmədiyiniz insanlar tərəfindən aldadıla bilərsiniz və etdiyiniz fədakarlıqlar sizin əleyhinizə çevrilə bilər. Romantik əlaqələrə fevral ayı incə hisslər qatacaq. Yeni başlayan münasibətlər üçün bu ay xüsusi uğur gətirəcək.

Martın ilk yarısında vəzifə öhdəliklərinizi və mükafatlarınızı təyin edən şəxslərlə əlaqəni kəskinləşdirməməlisiniz. Səlahiyyətlilərin göstərişlərinə itaət etmək məcburiyyətində qalacaqsınız, lakin bunun qarşılığında martın sonlarına doğru mövqeyiniz çox güclənəcək. Şəxsi münasibətlərdə mart, yenilənmə vəd edir. Köhnə tanışlardan kimsə və ya yeni birisi diqqət mərkəzinizdə olacaq. Şəxsi həyatınızdakı gedişatı sürətləndirmək üçün 18 martda önəmli görüş keçirə bilərsiniz. Martın sonunda büdcənizi yoxlamağı və planlarınızı gözdən keçirməyi unutmayın.

Aprel tamam başqa bir əhval gətirəcək. Bir imkan yaranarsa, bu ayı özünüzə, hobbilərinizə həsr edin. 18 apreldə xoş sürprizlərə hazır olun. Ola bilər ki, hazır olmadığınız halda seçim etmək məcburiyyətində qalarsınız. Ayın sonlarında müsbət yöndə dəyişmələr olacaq və tez zamanda idarəni nəzarətinizə alacaqsınız. 23 aprel səhəri uzaq səfərə çıxanlara uğur vəd edir. 25 apreldə yeni bir işə başlamaq, müqavilə imzalamaq və ailə qurmaq olar.

May ayında özünüzü daha çox hərəkət etməyə və dostların dəvətlərini qəbul etməyə məcbur edin. İş səfərində və ya tətildə maraqlı tanışlıqlar gözlənilir. Təsadüfi tanışlıq sizə yeni bir dost və ya önəmli ortaq qazandıra bilər. Mayın 8-9-da aldadılmaq və oğurluqdan ehtiyyatlı olun. 23 Mayda informasiya mübadiləsi, müqavilələr, xüsusilə gələcək təşəbbüslər ilə əlaqədar olaraq hər şeydə böyük bir müvəffəqiyyət vəd edilir, ancaq bu, hər hansı bir yerə pul yatırmaq üçün yaxşı gün deyil.

İyun ayında fəaliyyətiniz və hissləriniz güclü xarici təzyiqlərə məruz qalacaq. Bu, keçmişdə bitirmədiyiniz bir işlə və ya yaşadığınız vəziyyətlə bağlı ola bilər. Şəxsi təşəbbüsünüz üçün bir müddət olduğunuz vəziyyətdən uzaqlaşıb, sağlam qərarlar verə bilərsiniz. İyunun ikinci yarısı yeni addımlar üçün və ailə işləri üçün gözəl zamandır. Uşaqlarla daha çox vaxt keçirin, ailənizlə birgə həftəsonları təşkil edin, ev heyvanı alın.

Ev məsələsi iyul ayında daha aktual olacaq. Görəcəksiniz ki, ev dizaynı ilə məşğul olmaq, digər fəaliyyət sahələrinizə yeni nəfəs gətirir. Qonaqların qəbulu, böyük alqı-satqı işləri, məqsədinizə çatmaqda təcrübə qazandıracaq. Iyulun sonu- avqustun əvvəlində ailə daxili münaqişələr yaşanacaq. “Qığılcım” təkcə emosiyalarınızda deyil, nasaz elektrik avadanlıqlarınızda da yarana bilər. Bu zaman, məişət texnikası almaqdan çəkinin və evdə işıq cihazlarının quraşdırılmasından imtina edin. Avqust ayında bir şeyə qayıtmaq üçün an əldə edərsiniz, sonra işə yaramaz, təxirə salınar və qarşılıqlı anlaşma əldə etməzsiniz. Əsas odur ki, siz ayıldınız, ruh yüksəlişi, qüvvə və coşğu əldə etdiniz. Bu ay, uşaqlığınızı keçirdiyiniz məkanlara səyahət üçün xoş bir aydır.

Önləm almaq həyatın bir hissəsi, sentyabrın şüarıdır. Sizin üçün iş hər yerdə var, lakin zirvəyə çatmaq üçün ağıllı işlərlə özünüzü yormalısınız. Önləyici tədbirlər alın, vücudunuzun qayğısına qalın və dəyişdirə bilmədiyiniz şeyləri ürəyinizə salmayın. Ayın ilk yarısında hətta güvəndiyiniz tərəfaşlarınıza belə kor koranə etibar etməyin. Önəmli işlər və şəxsi münasibətlər hər zaman xüsusi qayğı tələb edir.

Oktyabrın 5-dən noyabrın 16-dək Venera tərs yöndən hərəkət edir. Buğalar üçün bu,  həyatın mənasını yenidən qiymətləndirmək, münasibətləri gözdən keçirmək zamanıdır. Həqiqi olun, qeybət dinləməyin. Veneranın hədiyyəsindən yararlanın,  kimsə ilə barışmaq şansınız varsa, əlaqəni bərpa edin. Əsas hadisələr 31 oktyabr ətrafında yaşanacaq.

Dekabr ayında müdirinizin həmkarlarınızı tərifləyib, sizin əməyinizi laiq olduğunca qiymətləndirməməsi səbəbindən kəskin qısqanclıq hissləri sizi ələ alacaq. Münasibətləri dirçəltmək zamanıdır. Bəlkə də istirahət mərkəzlərinə səyahət ruhunuzu təravətləndirəcək. 21 dekabr ərəfələrində işdə səmərəli təklif alsanız qəbul edin, uğurlu gələcək uzaq olmayacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!