“2018-də Əkizlər bürcünü nələr gözləyir?

2018-də Əkizlər bürcünü nələr gözləyir?

Əkizlər üçün, 2018 geniş bir mənada məlumat ili olacaq. Təhsil, xarici dilləri öyrənmək, səyahət etmək, iş səfərləri, kurslar – bütün bunlar və digərləri sizin maraq mərkəzinizdə olacaq. Siz, ünsiyyət dairənizi əsaslı dəyişməklə yeni hobbilərə malik ola bilərsiniz.

Yanvarda gəlirlər, əsas mövzunuz olacaq. Heç bir halda mühüm danışıqlarda digər şəxslərə etibar etməyin. Yeni fəaliyyət növünə daxil olmaq üçün nələri qurban verəcəyinizə yalnız özünüz qərar verməlisiniz. Yanvarda bank hesabınızda pul artımı müşahidə etdikdə bilin ki, hər şeyi doğru edirsiniz. Zərər etdiyinizi görsəniz, dərhal harda yalnış etdiyinizi yaxşı yaxşı düşünün.

Fevralda xarici ölkələrdən gözlənilməz xəbərlər gözləyin, onların arxasınca isə dəvət və təkliflər. Bu müddət ərzində evdən nə qədər uzaq olsanız, cari iliniz bir o qədər maraqlı hadisələrlə keçəcək. Qış tətilini sevənlər, fevralın ilk yarısında məzuniyyət planlaşdıra bilərlər. Ayın üçüncü hissəsində öz işinizin başına dönməyiniz məsləhətdir. Diqqətli olun. Kimsə sizinlə gizli rəqabət apara bilər. Digər tərəfdən həm fevral, həm mart ayında sizin həyatınızda gizli işlər və fəaliyyətlər ola bilər. Qələbə və ya məğlubiyyət, sizin işguzar və emosional əlaqələrinizin qurulmasından asılı olacaq. 20 marta qədər işlərinizin yaxşı yönə gedişatı sanki yel kimi sürətli olacaq. Lakin ayın üçüncü on günlüyündə özünüzə sual ver bilərsiniz – hara tələsirəm? Göründüyü kimi əvvələr təxirə salınmış planları möhkəmləndirmək gərəkdir. Yeni əlaqələr köhnə planların yerinə yetirilməsini asanlaşdıracaq.

1 Apreldə həyatınızı ani bir şəkildə dəyişdirmə şansınız olacaq və dərhal olamasa da iki ay ərzində gerçəkləşəcək. Niyyətinizi açıq şəkildə ifadə etməlisiniz və vəziyyəti geri qaytarmağın mümkün olmayacağını unutmayın. 18 aprel tarixində gözlənilmədən sizin həyatınızda yeni bir məşğuliyyət və ya iş görünə bilər. Buna görə gücünüzü və pulunuzu sərf etməyə tələsməyin. Maraqlarını və xərclərini sizinlə bölüşən birisi tapılar.

May, hər baxımdan xoş bir ay olacaq. Hər güclü impulsu dəyərləndirmək arzuolunandır. Nə qədər çox təşəbbüs göstərsəniz, o qədər çox qazanacaqsınız. Adətən doğum günü öncəsi gücün azalması müşahidə olunur. Özünüzə qarşı daha mülayim olun, yaradıcılıq işlərinə vaxt ayırın, əgər imkan varsa, bir həftə şəhərdən kənarlaşıb, rahat bir yerdə istirahət edin. 29 may tarixini ağlınızda saxlayın. Əgər şans üzünüzə gülsə, ya şəxsi həyatınızda, ya da işinizdə dəyişiklik olacaq.

İyunun birinci yarısı çətinliklərdən qaçmaq şansı az olacaq, belə olduğu halda sürətli dəyişikliklərdən özünüz üçün daha çox faydalanmağa çalışın. Yeni dostlar və həmfikirlərlə tanış olun, perspektivlərə yol açın. Praktik maraqlarınızın başladığı yerdə öz sevginizi tapa bilərsiniz. Tam əksinə – münasibətinizin inkişafında sevdiyiniz insanla ortaq maraqlarınız yarana bilər.

İyulda uğur əldə edəcək fəaliyyətiniz olacaq. Xarici dil öyrənmək istəyirsinizsə, tam zamanıdır. Digər kurslar, seminarlar, ezamiyyələr də perspektivinizin genişlənməsinə yol açacaq. Bütün bunların nəticəsi olaraq, özünüzə yeni iş və öz yarınızı tapacaqsınız.

Avqust ayında tez-tez köhnə tanışlarınızla görüşəcəksiniz. Ola bilər ki, köhnə iş yerinizə və ya köhnə fikirlərinizə geri qayıdarsınız. Bir çaya iki dəfə girmək olmaz, amma siz öz köhnə təcrübələrinizi yenidən təqdim edə bilərsiniz və bu ayda heç vaxt olmadığınız qədər inandırıcı ola bilərsiniz.

Təmir üçün ən ideal vaxt sentyabrdır, ələxsus, bu kosmetik təmir deyil də, evinizin əsaslı şəkildə dəyişməsidirsə. Başınızı bu işlərlə qarışdıraraq bir güllə ilə iki quş vurub – həm evi qaydaya salmış, həm də münasibətinizdəki yükdən qurtulmuş olacaqsınız. Ən pis halda sevdiyiniz şəxslə mübahisələrə hazır olun.

 Oktyabrda özünüzü tamamilə işə həsr edin. Pul  ehtiyyatınız azalacaq, gəlirləriniz isə çoxalmaq niyyətində olmayacaq. Əvəzində Yupiter tərəfindən karyeranızın yüksəlişi dəstəklənəcək, hansı ki, müdirinizin dəstəyini sizin üzərinizə çəkəcək. Noyabr ayında riskləri böyük olan çox istədiyiniz amma bir o qədər də qorxduğunuz yeni bir işə başlamağı düşünəcəksiniz. 27 noyabr və 21 dekabr tarixlərində həqiqətə yaxın olacaqsınız, əgər ulduzlar sizin xeyirinizə işləsə, yeni fəaliyyət sizə uğur gətirəcək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar