“Sevgini öldürən cümlələr

Sevgini öldürən cümlələr

Sevginiz heç bitməsin, ömür boyu davam etsin istəyirsinizsə, qarşı tərəfə deməməli olduğunuz cümlələrin hansılar olduğunu bilməlisiniz.

Tənqid etmək

“Onsuz da heç vaxt məni dinləməmisən. Həmişə qışqırırsan, bacarıqsızsan. Məni incitməkdən zövq alırsan.” tipli cümlələr, incidici tənqiddən başqa bir şey deyil. Halbuki, “Məni çox incitdin.” Kimi bir ifadə münasibətinizə daha müsbət təsir göstərəcəkdir.

Günahlandırıcı cümlələr

“Heç dəyişmirsən. Bir gün belə sənin yaxşı cəhətini görməyəcəm?” kimi ifadələr çox kobud ifadələrdir. Məntiqlə yanaşsaq, o, dediyiniz kimi illərdir dəyişmirsə və həmişə eyni qalıbsa, bəs sizin vəziyyətiniz necədir? Yəni siz nə qədər dəyişmisiniz?  İşə özünüzü dəyişdirməklə başlasanız, münasibətinizin ziyan görməsinin də qarşısını almış olarsınız.

Günahı qarşı tərəfə yükləmək

Münasibətinizin yükünü sadəcə qarşı tərəfə yükləmək onu gərgin və qəzəbli edə bilər. Buna görə də işləri ortaq görməyə çalışın. Hadisələrə verdiyiniz reaksiyalarda daha xoş cümlələr qursanız, məsuliyyəti də bölüşmüş ola bilərsiniz.

Özünüzü daim haqlı görmək

Münasibətinizi sonlandıra biləcək əsl cəllad budur. Özünüzü daim haqlı görüb, qarşısındakı insanı həmişə haqsız vəziyyətə salmaq, cütlüklərə mənfi təsir edən hərəkətlərdən biridir. Hər problemdə mütləq birdən çox haqlı və haqsız tərəf vardır. Problem nə olur olsun əvvəlcə “Mən nədə səhv edirəm?” deyə düşünməlisiniz.

Çoxbilmiş kimi hərəkət etmək

Bu münasibəti uçurumdan aşağıya apara biləcək ən səhv hərəkətlərdən biridir. Nə qədər təcrübəli olsanız da, münasibətinizə bir psixoloq kimi yanaşmayın. Hər nə qədər münasibətə öz təcrübələrinizlə istiqamət verməyə çalışsanız, sevgilinizin mənfi reaksiyası ilə bir o qədər çox qarşı-qarşıya qalacaqsınız.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar