“Limon souslu toyuq

Limon souslu toyuq

Vəsaitlər:

4 ədəd toyuğun döş əti,

1 çay qaşığı rozmarin,

1 ədəd limonun suyu,

Bir az qara bibər.

Sousu üçün:

2 ədəd qırmızı soğan,

2 ədəd təzə sarımsaq,

2 ədəd dolmalıq bibər,

2 yemək qaşığı zeytun yağı,

1 çay qaşığı nişasta,

1 çay qaşığı günəbaxan yağı,

2 yemək qaşığı zeytun yağı.

Hazırlanması:

Toyuq ətini bir qaba qoyun. Rozmarin, limon suyu, zeytun yağı, qara bibər əlavə edib gözlədin. Tavada zeytun yağını qızdırıb doğranmış qırmızı soğanları və təzə sarımsaqları əlavə edin. Dolmalıq bibər əlavə edib qovurun. Ən son olaraq suyu əlavə edib bir az qaynadın. Kiçik bir kasada nişasta və günəbaxan yağını qarışdırıb sousa əlavə edib bişirin. Toyuğu qızardıb sous ilə süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!