“Gəlin saç və makiyajı necə olmalıdır?

Gəlin saç və makiyajı necə olmalıdır?

Həyatınızın ən gözəl səhnəsinə çıxarkən saçınız və makiyajınız da qüsursuz olmalıdır. İşin sirri isə təbiilikdədir. Bu xüsusi gündə vacib olan sadə və təbii görünüşə sahib olmaqdır. Bir gəlinin ən böyük gözəlliyi məsum və təbii görünməsindədir. Makiyaj edərkən dəri və saç rənginizi mütləq nəzərə almalısınız. Ən çox edilən makiyaj xətaları isə adətən tələskənlikdən qaynaqlanır. Bu səbəblə makiyaj zamanı sakit olmağa çalışın. Çox açıq və ya çox tünd tonal krem istifadə etməyin. Həmçinin, gəlinliyə yaraşacaq makiyaj xəfif və xüsusi olmalıdır. Nigahdan iki saat öncəyə qədər makiyaj etməməlisiniz. Gün ərzində makiyaj təzələmək çətin olacağı üçün qalıcı makiyaj vasitələri istifadə edin. Çalışın ki, gəlin makiyajı seçimini son ana saxlamayasınız.

Fatamı yoxsa saçmı daha önəmlidir?

Gəlinin geyimindən ayaqqabısına, əllərindən fatasına qədər geyindiyi və etdiyi şeylər həmişə ətrafdakılar tərəfindən müşahidə edilir. Bu səbəblə fatanız uzun və çox gözəl olsa belə, saçınıza da lazım olan qədər diqqət göstərməlisiniz.

Saç ustamı evə çağıra bilərəmmi?

Təbii ki, çağıra bilərsiniz. Bir çox saç ustası evdə də işləyir. Ancaq bunu xeyli öncədən xəbər verməlisiniz. Eyni zamanda qiymətdə də fərq olacağını nəzərə almalısınız.

Ən çox edilən rəng xətası nədir?

Dəri rənginə uyğun gəlməyən saç rəngi. Əgər əsmərsinizsə, çox açıq rəngli kölgə pis yaraşacaqdır. Qaşınız da saçınızla təzad yaratmamalıdır.

Qısa saçla topuz edilirmi?

Topuz bir çox gəlinin sevdiyi saç modelidir. Saçın öz rənginə uyğun qoyulma saçla asanlıqla topuz yığıla bilər.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!