Testin sonunda güləcəksiniz. Yazılanları sırası ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa, həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın.
Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın.
Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin.
- Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın.
- 1 ilə 2-nin qarşısına hər hansı bir rəqəm yazın.
- 3 ilə 7-nin qarşısına fərqli adlar yazın. (Qarşı cinsdən)
- 4, 5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın.
- 8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin.
Açıqlama:
- Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2 nömrənin qarşısında yazılıb.
- 3 nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır.
- 7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir.
- 5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız.
- 4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır.
- 6 nömrənin qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir.
- 8-in qarşısına yazdığınız mahnı 3 nömrədəki insana aiddir.
- 9-un qarşısına yazdığınız mahnı 7 nömrədəki insan üçündür.
- 10 nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır.
- 11 nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.