“Şokoladlı tort resepti

Şokoladlı tort resepti


Asan və ləzzətli tort resepti ilə qarşınızdayıq! 

Ərzaqlar:

Xəmir üçün:
1/2 st. şəkər tozu
200 qr. kərə yağı
1 yumurta
1/4 st. un

İç üçün:
100 qr. şokolad
100 qr. şəkər tozu
vanil
5 ç.q. mürəbbə suyu
2 yumurta
3 ç.q. doğranmış qoz (mütləq deyil)

Hazırlanması:

Xəmir üçün olan ərzaqlardan xəmir yoğrulur. Sonra orta qalınlıqda yayılır və şəkildəki kimi yağlanmış formaya keçirilir. Xəmir qalxmasın deyə çəngəl ilə bir neçə yerdən deşmək lazımdır. 180 dərəcədə 7-8 dəqiqə bişirilir. Xəmirin artıqlarını da yayıb bişiririk, içdə istifadə olunacaq. İçi hazırlayaq. Şokolad və yağ su vannasında əridilir. Əriyəndən sonra xəmir artıqlarını qırıntı edib əlavə edilir (4 yemək qaşıqı qədər ). Sonda vanil, mürəbbə suyu , yumurtalar və qoz əlavə olunur. Sobada bişirilən xəmirin içinə əlavə olunur və 180 dərəcə sobayda 15-17 dəqiqə bişirilir. İstəyən ( mütləq deyil, amma mən etmişəm) 100 qram şokoladı isidilmiş 100 qram qaymaqda əridib bir az soyuyan turtanın üzərinə əlavə ede bilər. Bu halda 3-4 saat şokoladın donmasını gözləmək lazımdır. Nuş olsun!

Daha çox yemək resepti...


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!