“Kiçik qonaq otaqları üçün dekorasiya

Kiçik qonaq otaqları üçün dekorasiya

Böyük ailələrin və geniş evlərin sayı getdikcə azalmaqdadır. Artıq kiçik ailələr artmaqdadır və bu da evlərə öz təsirini göstərir. Artıq daha kiçik, təmizliyi asan olan evlərə üstünlük verilir. Daşınmaz əmlakların qiymətinin artması da bizi buna yönləndirən səbəblərdən biri ola bilər. Bəlkə çoxumuzun evində kiçik qonaq otaqları var. Kiçik evlərdə dekorasiya etmək və gözə xoş gələn məkanlar yaratmaq daha çətin ola bilər. Bu yazımızda kiçk qonaq otaqları üçün dekorasiya nümunələri və fikirləri sizləri gözləyir.

Kiçik bir qonaq otağını yaxşı dizayn etmək üçün bir neçə şeyə diqqət yetirmək lazımdır. Əvvəlcə mebellərin, əşyaların ölçüsü və sayını dəqiqləşdirin. Otağınıza bütün mebelləri sığdırmağa çalışmayın. Bəzi insanlar başqaları olmadığını düşünməsin deyə bütün dəsti otağa yerləşdirməyə çalışır. Ancaq bilmək lazımdır ki, mebel sayını azaltsanız, daha işıqlı evə sahib olacaqsınız. İkinci bir məsələ isə rənglərdir. Canlı və tünd rənglər daha tez ön plana çıxır. Əgər divar və pərdələrdə canlı rənglərdən istifadə edəcəksinizsə, otağınızın daha kiçik və dar görünəcəyini əvvəlcədən nəzərə almalısınız. Arxa planda solğun və açıq rənglər istifadə edin. Otağın mərkəzinə doğru canlı rənglərdən istifadə etməyə başlaya bilərsiniz. Beləcə otağa bir dərinlik qazandırmaq olar və otağınız daha geniş görünə bilər. Aşağıdakı şəkillərdə kiçik qonaq otaqları üçün bir neçə dekorasiya nümunəsi ilə tanış ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar