“Telefonla yatmaq zərərlidirmi?

Telefonla yatmaq zərərlidirmi?

Bir çoxumuz gecə yatarkən telefonu səssiz rejimə keçirib, yastığımızın yanına qoyuruq. 
Hər an əlimizin altında olanda özümüzü daha rahat hiss edirik. Bəs sağlamlığımız?
 
Dəqiq olan bir şey var ki, mobil telefonlar elektromaqnit radiasiyasını yayır və radiasiya kanserə səbəb olur. 
Telefonlarımızın yaydığı kabelsiz siqnallar sayəsində daim üzərimizdə radiasiya daşıdığımızı düşünək. "Bu sadecə yastıq altında saxlamaqla əlaqəli deyil, amma yastığınızın altına qoyduğunuz zaman birbaşa başınıza təsir edirsiniz." Baş ağrıları, boyun və əzələ ağrıları, yuxu keyfiyyətində azalma, bunlar mütəxəsislərin həm fikir olduğu əks təsirlərdir.
 
Çox təhlükəli olan qəza hallarından biri də mobil telefonların qızaraq partlaması, yanmasıdır.
Son illərdə yastıq altında qızaraq partlayan mobil telefon xəbərlərinin şahidi oluruq.  
 
Təhlükəsizliyiniz üçün bir neçə tövsiyə:
 
- Telefonunuzu alarm olaraq istifadə edirsinizsə, təyyarə rejimini aktiv edin və ya oyanmaq üçün yanınıza alarmlı saat qoyun.
- Yanımda olmasa yata bilmərəm deyirsinizsə, ən azından biraz uzaq məsafədə bir yerə qoyun.
- Telefonla tez-tez və uzun müddət danışırsınızsa, qulaqlıq istifadə etməyə çalışın.
- Qısa danışıqların əvəzinə mesajlaşın.
- Telefon və  tabletlərin işığı beyninizə xəbərdarlıq göndərir və yuxunuzu qaçırır. Qaranlıqda "Bir dəfə də baxım" dedikcə yuxunuzu təxirə salırsınız, melatonin ifrazı azalır və yuxunuz gecikir.
- Uşaqları mobil telefonlardan uzaq tutun. Oyunları isə təyyarə rejimində oynamalarına icazə verin.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar