“Süd vəzisi xərçəngi üçün müayinədən keçin!

Süd vəzisi xərçəngi üçün müayinədən keçin!

Hər qadın öz-özünü müayinə etməyə yeniyetməlik dövründən sonra başlamalıdır. Risk daşımayan qadınlarda ümumi testlər 35 yaşından başlanmalıdır. Ailəsində süd vəzisi xərçəngi olan qadınlarda isə ailəsində ən gənc süd vəzisi xərçəngi olan xəstənin yaşından 5 il əvvəl müayinələrə başlamaq lazımdır.  Misal üçün ailəsində 35 yaşında süd vəzisi xərçəngi olan bir qadının süd vəzisi müayinələri 30 yaşından etibarən olmalıdır. Risksiz qadınlarda 40 yaşında ilk mamoqrafiya çəkilməli, ildə bir dəfə həkim müayinəsi edilməlidir. 40 yaşından sonra 1-2 ildən bir, 50 yaşından sonra isə ildə 1 dəfə mamoqrafiya çəkilməlidir. Riskli qadınlarda isə müayinə sıxlığı həkim tərəfindən müəyyənləşdirilməlidir.

Ümumən süd vəzisi sağlamlığı üçün qadınlar hansı tədbirləri görməlidir?

Öz-özlərinə süd vəzisi müayinəsi etməli, müayinə proqramlarına girməli, artıq çəki qəbul etməməli, idmanla məşğul olmalı, lazımsız hormonal dərmanlardan istifadə etməməli və yaxşı qidalanmalıdırlar.

Süd vəzisi xərçənginin müalicəsi necə edilir?

Süd vəzisi xərçənginin ilk müalicəsi, adətən, cərrahi üsulla olur. Bunun xaricində kimyaterapiya, hormon müalicəsi və radioterapiya tətbiq olunur.

Süd vəzisindəki kütlənin və ya süd vəzisinin bütövlükdə götürülməsi necə müəyyənləşdirilir?

Xüsusilə kütlənin böyüklüyünə, süd vəzisinin daxilində çoxmərkəzli olub-olmamasına əsasən müəyyənləşdirilir.

Süd vəzisi xərçənginin müalicədən sonra təkrarlanması riski varmı?

Bəli, təəssüflər olsun ki, süd vəzisi xərçənginin təkrarlanması riski var.

Süd vəzisi xərçəngi müalicəsi görmüş bir qadının ana olma ehtimalı varmı?

Süd vəzisi xərçəngi olmuş bir qadının ana olma ehtimalı var. Ancaq bunun planlanması həkim tərəfindən edilməlidir. Həmçinin, kimyaterapiya görəcək qadınlar ana olmaq istəyirlərsə, bu müalicədən əvvəl yumurta və ya embrion saxlama üsulunu seçə bilərlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!