“İmmun sistemi ilə bağlı bilmədiyiniz həqiqətlər

İmmun sistemi ilə bağlı bilmədiyiniz həqiqətlər

Mikroblarla mübarizə aparıb bədənimizi qoruyan immun sisteminizi necə gücləndirə bilərsiniz?

İmmunoterapiya xərçəngə qarşı çox güclü bir silahdır.

Yeni dövrdə aparılan araşdırmalarda kimyaterapiyadan sonra ən yaxşı müalicə üsulunun immunoterapiya olması ilə bağlı sübutlar var. Kemoterapiyanın əksinə immunoterapiyada bədənə xaricdən dərman verilmir. İmmun sisteminin hərəkətə gətirilərək xərçəng ilə mübarizə aparması təmin edilir. Amerika Houstondakı Anderson Xərçəng Mərkəzindən həkim Padmanee Sharma immun sistemimizin əslinə bir “açma” və “bağlama” düyməsinin olduğunu, əgər sistem açılarsa, T hüceyrələri kimi hüceyrələrin bədənə aid olmayan bir fərqli hüceyrəyə qarşı hücuma keçdiyini və bunun köməkliyi ilə xərçəng hüceyrələrini tapıb mübarizə apardığını deyir. Ancaq immun sistemi “qapalı” vəziyyətdədirsə, xərçəng hüceyrələrinə hücum etməyi buraxır. İmmunoterapiyanın məqsədi isə bu “qapalı” siqanılının qarşısını alaraq bədənin özünü müdafiə etməsini təmin etməkdir. Həkim Sharma bu müalicənin hər xəstə üçün təsirli olmadığını və bütün xərçəng növlərində təsirinin hələ dəqiq olaraq bilinmədiyini açıqlayır. Ancaq açıqlamalar davam etdiyi müddətcə bu üsulun hər il 1,6 milyon yeni diaqnoz qoyulan xərçəng xəstəsinə ümid olması gözlənilir.

Bəzi qidalar immun sistemini sürətləndirməkdə çox təsirlidir.

Sarımsaq, alkoqol, alma və toyuq suyu şorbası immun sistemimizi sürətləndirməkdə çox təsirlidir. Qış aylarında 3 ay ərzində sarımsaq yeyən və ya sarımsaqlı qida əlavəsi alan insanlar həm daha az soyuqdəymə problemi ilə qarşılaşır, həm də bağırsaq xərçəngi riski azalır. Alkoqol isə müəyyən ölçüdə qəbul edildikdə immun sistemini gücləndirməyə kömək edir. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!