“Gün ərzində nəyi nə vaxt etmək lazımdır?

Gün ərzində nəyi nə vaxt etmək lazımdır?

Saat 01:00-02:00

Bu, diqqətin ən zəif olduğu saatlardır. Bu saatda hələ də işləyənlər səhv edirlər. Çünki bədən özünü yuxuya hazırlayıb. Görmə və reflekslər zəifdir, statistikalara əsasən bu saatlarda yol qəzaları olduqca çox baş verir.

Saat 03:00

Bu, yorğunluq mərhələsidir. Melatonin hormonunun ifrazı artdığından insan özünü tənbəl və qərarsız hiss edir. Bu saatlarda insanın depressiyaya və intihara meyilliliyi artır.

Saat 04:00

Bədən özünü yeni günə hazırlamağa başlayır və enerji hazırlanmağa başlanır. Əzələ təzyiqində yüksəlmə və damarlarda gərilmələr meydana çıxır. Bu səbəbdən də 04:00-06:00 saatları arasında infarkt keçirmə riski olduqca yüksəkdir. Ürək xəstəlikləri olanlar və erkən saatlarda idman edənlərin diqqətli olmasının lazım gəldiyi bir vaxtdır.

Saat 05:00-06:00

Bu saat aralığında yeni günə başlama saatıdır. Stress hormonu gündüz dəyərinin 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir, gecə boyu itirilən enerji yerinə qoyulur. Metabolizm sürətlənir və günün işləri üçün enerji ilə protein sintez olunur. Artıq bədən yeni günə başlamaq üçün hazır formadadır.

Saat 07:00

Orqanizm oyanıb, ancaq hələ zəifdir, əzələlər və oynaqlar isinməyib, hələ soyuqdur. Bu saatda idman eləməkdən qaçın. İdman yerinə, gözəl bir səhər yeməyi yeməlisiniz. Həzm sistemi yaxşı işləyir. Karbohidratlar birbaşa enerjiyə çevrilir. İstədiyiniz kimi səhər yeməyi yeyə bilərsiniz.

Saat 08:00

Nəbziniz və təzyiq yüksəlməyə başlayıb. Yuxuda olanda 60 olan ürək döyüntüsü sayınız oyandıqda sağlam insanlarda 72-78-ə qədər yüksəlir. İşləməyimiz üçün lazım olan bu ürək döyüntüsü infarkt riskini də artıra bilər. Səhər yeməyindən sonra çəkilən siqaretə də çox diqqət etmək lazımdır. Çünki damarlar həmişəkindən daha çox daralır.

Saat 09:00-11:00

Ən yaxşı işləmə saatlarıdır. Qısa müddətli yaddaş ən yüksək səviyyədə olub, bu saatlar sürətli işləmə üçün ən uyğun və verimli saatlardır. Eyni zamanda da diqqət və məntiqli düşünüb qərar vermək üçün ən ideal saatlar olaraq nəzərə çarpır.

Saat 12:00-14:00

Yorğunluğun meydana çıxmağa başladığı saatlardır. Diqqət dağılmağa başlayıb və yuxululuq yaranıb. Beyinə gedən qan miqdarı da azalmağa başlamışdır. Çünki günorta yeməyi saatı gəlib və qan həzm üçün daha çox mədə tərəfindən istifadə olunur. Günorta yeməyinin ardınca yuxululuq daha da artacaq. Bu saatlarda günorta yuxusunu yata bilən insanlarda infarkt keçirmə riski yüzdə 30-a qədər düşəcək.

Saat 15:00

İnsanın özünü ən xoşbəxt hiss etdiyi saatdır. Bu saatda xoşbəxtlik hormonu olan endorfinin ifraz olunması ən yüksək həddə çatır. Yeni işlər üçün enerji yenidən gəlir və yaddaşımız tam yerindədir. İkinci ən verimli dövr yaşanır, amma bu verimlilik səhərkindən daha zəifdir.

Saat 16:00-17:00

Adrenalin hormonu ən yüksək səviyyəyə çatmışdır və əzələlər çox güclü vəziyyətdədir. Gücün artımı ən yüksək səviyyəyə çatıb, ortaqlar yüksək performans göstərməkdədir. Beyin-əzələ işi mükəmməl səviyyədədir. Kiçik əzələ qruplarının da ən güclü olduğu saat aralığıdır. Aparılan statistikalarda olimpiada rekordlarının ən çox bu saatlarda qırıldığı müəyyən edilmişdir.

Saat 18:00

Bədəndə yorğunluq başlayır və bədən özünü axşam yeməyinə hazırlayır. Əzələlərimiz gücsüzləşir və mədənin ən çox turşu ifraz etdiyi saatlardır. Mədəaltı vəzi bu saatda olduqca aktivdir. Axşam yeməyinə başlamaq üçün ideal bir vaxtdır.

Saat 19:00-20:00

Havanın qaralmağa, bədənin yuxuya hazırlıq görməyə başladığı vaxtlardır. Melotonin hormonu havanın qaralmasıyla birlikdə ifraz olunmağa başlayır. Qan təzyiqi azalır və nəbz yavaşlayır. Mədədə həzm işi davam etməkdədir.

Saat 21:00

Yemək yeməyin ən təhlükəli olduğu saatdır. Həzm işi başa çatıb və orqanların gündəlik vəzifələri bitib. Bu saatdan sonra yeyiləcək hər şey mədədə səhərə qədər həzm edilmədən qalacaq. Həzm edilməyən bu qidalar mədədə çürüyəcək və zərərli tullantı halını alacaq. Bu zərərli turşular bağırsaq və mədə mukozasına zərər verəcək, xəstəliklər yaradacaqdır.

Saat 22:00

Bu saatda qırmızı qan hüceyrələrinin aktivliyi artır, immun sistemimiz güclü şəkildə işləməyə başlayır. Siqaret çəkənlər bu saatda son siqaretlərini çəkməlidir. Çünki bu saatdan sonra bədənimiz nikotin kimi zərərli maddələri bədənimizdən uzaqlaşdıra bilməz. Səhər saatlarına qədər bədəndə qalan bu zərərli maddə bədəni zəhərləyər.

Saat 23:00

Yuxu üçün ən ideal saatdır. Stress hormonunun ifrazı olduqca azalmış, bədən boşalmağa başlamış, rahatlaşma və sakitləşmə yaranmışdır. Təzyiqimiz və bədən temperaturumuz aşağı düşmüşdür. Yuxuya getdikdən 10 dəqiqə sonra ürək döyüntülərimiz və beynimizin işi yavaşlamağa başlayır. İnsan 25 dəqiqə sonra dərin yuxuya keçir.

Saat 24:00

Biz yuxuda olduğumuz zaman bədən özünü bərpa etməyə və yeniləməyə başlayır. Axşam yeməyində qəbul etdiyimiz qidalar hüceyrələrin təmiri üçün istifadə edilir. Hüceyrələr yenilənir, saçlar uzanır. Gün ərzində zədələnən bütün toxumalarımız yuxu zamanı yenilənir. Bu gündəlik yenilənmə fürsətini qaçırmağımız bir az yaşlanmağımız mənasına da gəlir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!