“Bu qidalar beyin fəaliyyətini gücləndirir

Bu qidalar beyin fəaliyyətini gücləndirir

Müasir dövrün ən böyük problemindən biri də yaddaş zəifliyidir. Yaddaşı gücləndirmək və beynin fəaliyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanma mütləqdir.
Sizə beyin üçün ən faydalı 5 qidanı təqdim edirik:
 
Taxıllar
Beyin karbohidratı çox sevir. Beynin qida ilə qəbul edilən enerjinin 20 faizini xərclədiyini də nəzərə alsaq yediyimiz yeməklərin əhəmiyyəti bir xeyli artır. Tam taxıllı çörək və yulaf əzməsi ilə günə başlamaq beynin fəaliyyətini artırıb, gün ərzində özünüzü yaxşı hiss etməyinizi təmin edəcək.
 
Somon balığı
Omeqa 3 mənbəyi olan somon kimi soyuq dənizlərdə yaşayan yağlı balıqlar beyni həm qoruyur, həm də qidalandırır.
Omeqa 3, beyin hüceyrələrinin inkişafını da təmin edir. Odur ki, uşaqların rasionunda yer alması vacibdir. Somon balığının tərkibində olan faydalı yağ beyinin inkişafını təmin edir.
 
Qoz
Beyni qidalandıran ən təsirli ləpəlidir. Quru qoz həm omeqa-3, həm də sinklə zəngindir. Bu xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün güclü yaddaş qoruyucusu hesab olunur. Qoz yağı əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.
 
Yumurta
Yumurta lesitin və B vitaminləri olduqca zəngin olduğuna görə beyni qidalandırır və yaddaşı gücləndirir. Yumurta qida rasionunda nizamlı olaraq qəbul edildikdə onun orqanizmə verəcəyi təsir də artır. Yumurtanın sarısında isə ümumiyyətlə, vitamin daha çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda, ferment, doymamış yağlar var. Yumurtanın məhz sarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nin tərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər.
 
Şokolad
Tərkibində kakao olduğuna görə beyində olan qan dövranını sürətləndirir. Şokoladın tərkibində olan kakaonun 50 faizdən çoxu beyinə müsbət təsir göstərir.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!