“Mövsümi saç tökülmələrinə diqqət

Mövsümi saç tökülmələrinə diqqət

Hər gün əlinizə yüzlərlə saç gəlir? Fəsil dəyişkənliklərində bunun daha da artdığını hiss edirsiniz?
Bu yazımızı oxuyaraq mövsümi saç tökülməsinin fərqini, saçın tökülməsinin səbəblərini və bunun qarşısını almaq üçün nələr etməli olduğunuzu öyrənə bilərsiniz.
Mövsümi saç tökülməsini tam olaraq dayandırmaq olmasa da böyük nisbətdə aza endirmək mümkündür.

Saçların tökülməsinin səbəbləri

  • Düzgün qidalanmamaq
  • Şəkər xəstəliyi
  • Hamiləlik və doğum
  • Davamlı olaraq dərman qəbul etmək
  • Ağır diyetlər
  • Dəmir və sink çatışmazlığı
  • Yüksək hərarətli xəstəliklər
  • Qaraciyər xəstəlikləri
  • Kimyəvi maddələr, spirtli içki və siqaret
  • Həddindən artıq arıqlama
  • Kimyəvi saç boyalar
  • Stress
  • Hava dəyişkənliyi
  • Anemiya
  • Tiroid ve hormonal xəstəliklər

Saçın tökülməyini ən minimum səviyyəyə endirmək üçün nələr edilməlidir?

  • Saça zərər verən kimyəvi saç boyalarından və saça qulluq vasitələrindən uzaq durmaq.
  • Protein baxımından zəngin ərzaqlarla qidalanmaq.
  • Siqaret çəkilən mühitlərdə çox qalmamaq.
  • Saçları tez-tez yumaq da tökülməyə səbəb ola bilər. Ona görə saçlarınızı 2-3 gündən bir yuyun.
  • Ph 5.5 tərkibli şampunlardan istifadə edin.
  • Artıq miqdarda A vitamini qəbul etməmək. Çünki bu da saçın tökülməsinə səbəb ola bilər.
  • Jele, saç spreyi, mus və şəkilləndirici kremlər saçın nəfəs almasına mane olur və tökülməsinə şərait yaradır. Buna görə bu vasitələrdən az istifadə etməyə çalışın.
  • Saç dərisinə masaj eləmək saçın tökülməsinin qarşısını alır.
  • Çoxlu miqdarda karbonhidrat tərkibli qidalar qəbul etməməlisiniz.
  • B qrup vitaminlər qəbul etmək saç tökülməsini azaldır.

Mövsümi saç tökülməsinin əlamətləri nələrdir?

  • Gündə təxminən 100-120 tükün tökülməsi normal hesab edilir. Əgər saçlarınız bu normadan artıq tökülürsə, bu, mövsümi saç tökülməsinin əlaməti ola bilər.
  • Mövsümi saç tökülməsinin bir əlaməti də əlinizi hər saçınıza atdığınızda xeyli sayda tük tökülməsidir.
  • Mövsümi saç tökülməsi ən uzun bir həftə çəkir. Saçlarınızın tökülməsinin bundan daha artıq müddət davam etməsi zamanı mütləq bir dermatoloqa müraciət edin.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar