“Qadınlarda sonsuzluq əlamətləri

Qadınlarda sonsuzluq əlamətləri

1. Ovulyasiya problemləri
Qadınlarda ayda bir dəfə ovulyasiya baş verir. Ovulyasiyanın seyrək olması, nizamsız aralıqlarla və ya heç olmaması ovulyasiya pozuntusuna gətirib çıxarır. Menstural qanamalar düzənsizdirsə, ovulyasiya da düzənsizləşəcək. Bəzən mensturasiyası nizamlı olan qadınlarda da ovulyasiya pozulmaları müşahidə olunur. Buna səbəb beynin hipofiz hormonunu düzgün vaxtlarda ifraz etməməsidir. Əgər bu hormonlar qaydasında ifraz olunmursa, mensturasiya və ovulyasiya pozulacaq. Bununla yanaşı prolaktin adlanan süd hormonu da yumurtlama problemlərinə səbəb olan amillərdən biridir. Müalicəsi üçün cərrahi və ya dərman metodları lazım olur.
Bəzən yumurtalıqlarda çoxlu kist olması yəni Polikistik Over Sindromu da ovulyasiyanın pozulmasına gətirib çıxarır. Normaldan çox seyrək mensturasiya qanamaları bədəndə tüklənmə, saç tökülməsi və sızanaqlar əmələ gətirir. Eyni zamanda da sonsuzluğa səbəb olur.
2. Uşaqlıq borusu tıxanıqlıqları
Hamiləliyin yaranması üçün yumurta və spermlərin birləşməsi lazımdır. Əgər qadının boruları tıxanıbsa, təbii yolla hamilə qalmaq şansı çox azdır və ya mümkün deyil.
Bu tıxanıqlıqlara səbəb olan şey isə cinsi yolla keçən xəstəliklər, infeksiyalar, uşaqlıqda yoluxmuş vərəm mikrobu, cərrahi əməliyyatlardan əmələ gəlmiş qarın içi yapışıqlıqları və s. boruların tıxanmasına səbəb olur.
3. Endometriozis
Hər ay mensturasiya dövründə meydana gələn qanamada qanın tam xaric olunmaması iltihab və yumurtalıqlarda kistlər əmələ gətirir. Əgər qadınlar cinsi münasibət zamanı və sonrası şiddətli ağrı hiss edirsə, mensturasiya əvvəli və zamanında da ağrılar hiss edirlərsə, mensturasiyaları pozulmuşsa o zaman endometriozisdən şübhələnməlidirlər.
4. Uşaqlıq yolu problemləri
Uşaqlıq ağzında doğuşdan yaranan və ya sonradan meydana gələn fiziki dəyişikliklər, bu sahədə pollip və ya miyomlar və onların müalicəsi üçün tətbiq edilən cərrahi əməliyyatlar qadınlarda sonsuzluq yaradan səbəblərdəndir.
5. Yumurta rezervinin az olması
Hər qadın müəyyən sayda yumurta tutumuna malikdir. İrəliləyən yaş, istifadə edilən dərmanlar, müəyyən narahatlıqlar və əməliyyatlar qadının yumurtalarının sayını azaldır. Yumurta sayı azaldıqca təbii yolla hamilə qalmaq şansı da azalır.
6. Rəhm və ya yumurtalıq əməliyyatları
Rəhmdə əmələ gələn miyom və pollip kimi problemlərin müalicəsi üçün edilən əməliyyatlar bu sahədə yapışqanlıqlar əmələ gətirə bilir. Bu da hamiləliyə əngəl olur. Yumurtalıqlarda əmələ gələn problemlərə görə yumurtalıqların alınması da hamiləliyi imkansız hala gətirir.
7. İrəliləyən yaş qadının hamilə qalmasını çətinləşdirir, hətta mümkünsüzləşdirir.
Qadınların hamilə qalmaq üçün bütün çoxalma funksiyaları normal işləməlidir. 20 yaşındakı bir qadının təbii yolla hamilə qalmaq ehtimalı 85%-dirsə, 35 yaşındakı bir qadında bu miqdar 50% civarında olur.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!