“Çatışmazlıq hissi nədir? Necə xilas olmaq olar?

Çatışmazlıq hissi nədir? Necə xilas olmaq olar?

Nəyinsə kifayət olmadığını düşünmək və artıqlamasıyla olan özünütənqid -  çatışmazlıq hissi. 
 
Bəs bu hiss niyə yaranır?
Əsasən laqeyd yanaşılmış uşaqlıq keçirən insanlardan tutmuş, başından təcavüz hadisəsi keçmiş insanlara qədər bir çox amil təsir edə bilir. Valideynlərin həddindən artıq tənqidi olması, avtoritar fiqurlar tərəfindən utandırılma da insanın özünün çatışmaz olduğunu düşünməsinə səbəb ola bilər.
 
Yetkinlik yaşında da insanların keçirdiyi dəyərsizlik travması da çatışmazlıq hissinə yol açır. Valideynlərin uşaqlarının üzərinə həm maliyyə problemlərini, həm duyğusal, həm də fiziki problemlərini yükləməsi və uşaqların bütün bunları qaldıra bilməməsi onlarda yaş irəlilədikcə bu hissin daha da sıxlaşmasına yola açacaqdır.
 
Cəmiyyətimizin böyük bir hissəsi tərəfindən əldə edilməsi mümkün olmayan gözəllik, şöhrət və qazanc standartlarına yer verən media başda olmaqla, mentalitet də insanları çatışmazlıq hissinə sürükləyən səbəblər arasındadır. Ətrafdakı insanları xoşbəxt, uğurlu, güclü və yaxşı olduğunu görmək, özünü başqalarıyla müqayisə etmək, əslində isə həmin insanların həyatı haqqında o qədər də məlumatlı olmadığımızın fərqində olmamaq da bizə zərər verə bilən təsirlərdəndir.
 
Çatışmazlıq hissi əlamətləri nələrdir?
• Xüsusilə performansla əlaqəli qayğı,
• Həddindən artıq həssaslıq və özünütənqid,
• Özünə dəyərin aşağı olması,
• Rədd edilmə qorxusu,
• Tərif qəbul edə bilməmək,
• Gücsüzlük hissi,
• Yaşıdları tərəfindən sıxışdırılma və buna məğlub olma.
 
İnsanın özü haqqında bir çox mövzuda pis olduğunu düşünmək digər insanların da onu elə gördüyünü zənn etməsinə səbəb olur. Bəzi insanlar, çox zaman fərqində olmadan, partnyorlarının bu boşluğu doldurması və ya münasibətlərində özülərini yetərli hiss etdirməsini gözlədikləri üçün münasibətə başlayırlar. Təəssüf ki, bu tip gözlənti ilə başlayan münasibətlər yetərsilzik hissini daha da artırır. Çünki yetərlilik və özünə dəyər hisslərini qazanmaq tamamilə şəxsi bir şeydir və başqa insanların dəstəyi sizi bu vəziyyətdən xilas etməyəcək. (!)
 
Bəs bu hissdən necə xilas olmalı?
Yuxarıda qeyd edilən xüsusiyyətləri özünüzdə görürsünüzsə, siz də çatışmazlıq hissinə sahib ola bilərsiniz. Lakin unutmamaq lazımdır ki, bu vəziyyətdən xilas olmağı da özünüz bacarmalısınız.
 
Yetərli olduğunuzu xatırlayın.
Çox sadə addımdır. Özünüzə kimin təsdiqinə ehtiyac duyduğunuz sualını verin. Sonra başqaları tərəfindən qəbul edilməyin sizə nə qazandıracağını düşünün. Bu həqiqətən önəmlidirmi? Öz həyatınızı başqalarının qəbul edə biləcəyi kimi yaşamaq elə də məntiqli fikir deyil, əlbəttə.
 
Əgər öz doğrularınız və öz ruhunuzun sizə səsləndiyi kimi yaşamırsınızsa, o zaman təbii olaraq günün sonunda özünüzün yetərli olmadığını düşünəcəksiniz.
Anlamalısınız ki, ehtiyacınız olan hər şey onsuz da özünüzdə var. Kənardakı amillərdən xilas olub öz gözəlliyinizə fokuslanın. Bu mövzuda, “Bunu bir səbəbi olduğu üçün edirəm, yoxsa başqaları tərəfindən alqış almaq üçün?” kimi suallar verməyiniz sizə kömək olacaqdır. (Həmçinin bax:  Neqativ düşüncələrdən necə qurtulmaq olar?)
 
Mükəmməllik illuziyadır.
Mükəmməlik deyə bir şey yoxdur. Dünyaya mükəmməl olmaq üçün gəlmirik və təbiət qanunlarına əsasən də insanlar səhvlər edir.
 
Hər kəs yaxşı və pis günlər yaşayır. Eyni zamanda hər bir şəxsin mükəmməlllik anlayışı bir- birindən fərqli ola bilər. Bu səbəblə də mükəmməllik axtarışında olmağın olduqca şübhəli və mümkün olmayan bir şey olduğunu anlamaq lazımdır.
Özünüzü olduğunuz kimi qəbul etmək asan deyil, amma özünüzü olmadığınız biri kimi göstərmək isə bir o qədər yorucudur və insanın daha çox acı çəkməsinə səbəb olur. (Həmçinin baxHəyatınızı gözəlləşdirəcək 8 deviz)
 
Bu dünyadakı varlığımız hər şeyi mükəmməl şəkildə yaşamaq üçün çox qısadır!
 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!