“Metal rəngli geyimləri necə dəstləşdirmək olar

Metal rəngli geyimləri necə dəstləşdirmək olar

  • 23.01.2016

  • Moda
  • 1792

Bu ilin trendi olan metallik rəngli geyimlərinizi düzgün dəstləşdirdiyinizdə dəbli görünüşə sahib ola bilərsiniz. Dəbdə ən vacib nüans geyimlərinizi düzgün dəstləşdirməkdir. Metal rəngli geyimlərinizi düzgün dəstləşdirməyinizdə sizə kömək olacaq bir neçə incə nüansı nəzərinizə çatdırmaq istəyirik.

Aşağı nahiyələriniz böyükdürsə

Bədəninizin yuxarı hissəsində metallik rənglərdən köynəklərdən istifadə etməyə üstünlük verin. Xına rəngində və aşağı nahiyənizi örtən pençək sizin üçün ideal seçim olacaq. Və bu dəsti tamamlamaq üçün tünd rəngdə cins şalvar geyinərək gözəl və dəbli görünüş əldə etmiş olacaqsınız.

Böyük sinələri daha kiçik göstərmək üçün

Sinənizi böyük göstərən parlaq metal rəngli geyimlərdən uzaq durun. Dar xına rəngində şalvar və hündür ayaqqabı ilə ayaqlarınızı ön plana çıxardın.

Gecə libası seçimi

Parlaq parçalar bədən xətlərinizi daha dolğun göstərdiyi üçün bütün geyiminizi bu parçadan edə bilərsiniz. Kürək dekolteli və balıq ətəkli gecə libası seçərək bədən xətlərinizi olduğundan daha da cəlbedici göstərə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!