“Çində yeni axın - saç sancaqları əvəzinə bitki cücərtiləri

Çində yeni axın - saç sancaqları əvəzinə bitki cücərtiləri

  • 09.12.2015

  • Moda
  • 1916

Asiya modası daim özünəməxsusluğu ilə Avropadan fərqlənib. Adətən Yaponiya və Koreya bu cür yeniliklərlə qarşımıza çıxsa da, bu dəfə Çin yeni trendi ilə hamını təəccübləndirməyi bacardı. Bu qeyri-adi aksesuar qısa müddətdə bir çoxları tərəfindən qəbul olundu və sevildi. Aksesuarın qeyri-adiliyi isə onun dizaynındadır. Belə ki, hamının diqqətini çəkməyi bacarmış bu saç sancaqları bitki formasında dizayn olunub. Onlar daha çox hansısa bitkinin zərif cücərtisinə bənzəyir.

Saç sancaqları
Bu trend artıq Çində bir epidemiya kimi yayılıb. Ölkənin bir çox sakini, hətta bəzi kişilər belə bu saç sancağından istifadə edir. Bu sancaqlar ilk baxışdan antenanı və ya hansısa bitkinin cücərtisini xatırladır. Trendin mənşəyi isə hazırda heç kəsə məlum deyil.

İstifadəçilərin bəziləri bitki formalı saç sancaqlarına üstünlük verdiyi halda, digər bir qisim də göbələk, ilbiz və s. formalı olanları bəyənir. Bəzi heyvansevərlər isə bu sancaqları öz ev heyvanlarını bəzəmək üçün istifadə edir.

Saç sancaqlarıBəs siz belə saç sancaqlarından istifadə edərdinizmi? Fikirlərinizi bizimlə də bölüşməyi unutmayın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!