“Çantanızı bədən quruluşunuza görə seçin

Çantanızı bədən quruluşunuza görə seçin

  • 26.12.2015

  • Moda
  • 2090

Tərzinə və geyiminə diqqət yetirən hər bir qadın çanta seçiminə də eyni diqqəti göstərməlidir. Çox vaxt qadınlar çanta taxarkən sadəcə rənglərin uyğunluğunu nəzərə alırlar. Amma çanta seçimində bununla yanaşı hansı tərz geyimdə necə çanta taxmalı, hansı fəsildə necə çantalar seçməli olduğunuz da diqqət yetirməli olduğunuz vacib nüanslardandır. Leydi.az komandası olaraq biz sizin üçün bədən quruluşunuza görə çanta seçimində nələrə diqqət etməli olduğunuzu tapıb, yazmışıq.

  • Artıq çəkili birisinizsə, eninə geniş olan çantaları seçməlisiniz. Bununla yanaşı, çantalar böyük və kəskin xəttli olmalıdır. Çünki balaca çantalar sizi daha da kök göstərəcəkdir.
  • Arıq və balaca boylusunuzsa, bədən quruluşunuza görə balaca çantalardan istifadə etməlisiniz. Çünki böyük və heybə formasında olan çantalar sizin daha da balaca boylu görünməyinizə səbəb olacaqdır. Belə görünməmək üçün eninə və balaca çantalar seçməlisiniz. Həmçinin, poçtalyon çantaları formasında olan və “clutch” tipli çantalar da bu xanımlar üçün ideal seçim ola bilər.
  • Armuda bənzər bir bədən quruluşuna maliksinizsə, yəni üst hissəniz incə, alt hissəniz isə üstə nisbətən daha genişdirsə, qısa qulplu, qoltuq altınızda tuta biləcəyiniz “porföy” çantalardan istifadə etməlisiniz.
  • Sinəsi iri və bədəninin alt hissəsi isə yuxarıya nisbətən daha incə görünən xanımlar da bədən quruluşuna uyğun çanta seçiminə xüsusi diqqət yetirməlidirlər. Bu zaman diqqəti yuxarı hissədən çox aşağı hissəyə çəkmək lazımdır. Bunun üçün də iki alternativiniz var: poçtalyon çantası formasındakı çantalar, əldə götürülən böyük “porföy” çantalar. Bu cür bədən quruluşuna malik olan xanımlar rahatlıqla hər iki formada olan çantalardan istifadə edə bilərlər.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!