“Bədən tipinizə ən uyğun cins şalvar hansıdır?

Bədən tipinizə ən uyğun cins şalvar hansıdır?

  • 05.03.2016

  • Moda
  • 22195

Bədən quruluşunuza hansı cins şalvar modeli uyğundur? Mükəmməl modeli tapa bilməyiniz üçün məsləhətlər Leydi.az’da.

Bir çox cins modeli arasında qərarsız qalmağınız çox təbiidir. Düz kəsimli, trapes, “boyfriend” və daha bir çox modeldən hansının bədən quruluşunuza uyğun olduğunu bilmək elə də asan deyil. Bəzi bədən tiplərində birdən çox model yaxşı dursa da, bəzilərində bir model mükəmməl görünə bilər. Amma bu heç problem deyil, vacib olan sizi gözəl göstərəcək doğru cins şalvarı tapa bilməkdir. Sizə kömək edə bilmək üçün hansı cins modelinin hansı stilə uyğun olduğunu yazdıq.

Yüksək belli cinslər

Qum saatı formalı bədən quruluşuna sahib olan xanımlar diqqəti bədənlərinin ən incə yerinə, yəni bellərinə çəkməlidir. Dar kəsimli yüksək bel cinslər tam da sizin üçün yaradılıb. Bu model şalvarları seçib sadə toqqalı kəmər istifadə etsəniz, diqqəti belinizin incəliyinə çəkə bilərsiniz. Bir digər nüans isə geyindiyiniz köynəyin bir hissəsini cins şalvarın altına qoymaqdır. Beləcə ayaqlarınız olduğundan daha uzun görünəcək.

“Boyfriend” cinslər

Düz ayaqlara sahibsinizsə, “boyfriend” cins şalvarlar sizə çox gözəl yaraşa bilər. Bir kəmərlə və ya açıq rəngli bir “t-shirt” ilə geyinə bilərsiniz. Uzun müddətdir trend olan “boyfriend” cins şalvarlar hələ də populyarlığını qoruyub saxlayacaq. 2016 Yaz-Yay kolleksiyalarında qarşımıza çıxan bu şalvarlar düzgün geyinildikdə olduqca gözəl görünür.

Trapes şalvar

Əgər dolğun bir bədənə sahibsinizsə, trapes şalvarlar əsl sizin üçündür. Bu geniş ayaqlı cins şalvarlar bir çox bədən tipinə yaxşı yaraşır. Amma xüsusilə dolu bədənə sahib xanımlar bu model şalvarlarla gözəl görünür. Dizin üstündən enlənən modellər seçə bilərsiniz. Yüksək belli trapes şalvarlar ilə beliniz daha incə görünəcəkdir. Bir də altından dikdaban ayaqqabı geyinsəniz, gözlərinizə inana bilməyəcəksiniz.

Dar ayaqlı cinslər

Qısa boylu və arıq xanımların düz kəsim, bədənə oturan cinslərə üstünlük verməsini məsləhət görürük. Bu modelin ən çox yaraşdığı xanımlar məhz onlardır. Üstəlik görünür bu model 2016-da da trend olacaq.

Qısa trapes şalvarlar

Uzun və incə ayaqlara sahib xanımlar çox şanslıdır, çünki demək olar hər model onlara gözəl yaraşır. Amma bu uzun ayaqları ön plana çəkmək istəsəniz, qısa trapes şalvarları sınaya bilərsiniz. Qısa boyluları daha da qısa göstərəcəyi üçün onlar üçün bu model məsləhət görülmür.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!