“Tiramisu resepti

Tiramisu resepti

Ərzaqlar:

- 3 yumurta sarısı,

- 1 su stəkanı şəkər tozu,

- 250 qr labne pendiri,

- 1 paket vanil,

- 1 yumurta ağı,

- 1 çay fincanı isti su,

- 2 şorba qaşığı kakao,

- 2 şorba qaşığı şəkər tozu,

- Hazır biskvit və ya peçenye.

Üstü üçün:

- 2  şorba qaşığı kakao,

- 2 şorba qaşığı rəndələnilmiş şokolad.

Hazırlanması:

Yumurta sarıları, şəkər tozu və vanili mikserlə çırpın. Labne pendirini əlavə edib çırpmağa davam edin. Yumurta ağını başqa bir qabda köpük-köpük olana qədər çırpıb pendirli qarışığa əlavə edin və yenidən çırpın. Kakaonu 2 qaşıq şəkərlə isti suda əridin və biskvitlərin yarısını batırıb düzbucaqlı şüşə qəlibə düzün. Üzərinə pendirli qarışığın yarısını töküb qalan biskvitləri də kakaolu qarışığa batıraraq düzün. Qalan pendirli qarışıqla biskvitlərin üzərini örtün. Üzərinə rəndələnmiş şokolad və kakao səpib soyuducuda 3 saat saxlayın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!