“Sobada beşamel souslu toyuq

Sobada beşamel souslu toyuq

Ərzaqlar:
 
Toyuqlu içlik üçün:
 
- 1 bütün toyuq sinəsi
- 1 ədəd soğan 
- 1 ədəd yaşıl bibər
- 1 ədəd qırmızı bibər
- 1 çay qaşığı duz
- 4 yemək qaşığı duru yağ
- istiot
 
Kartoflar üçün:
 
- Yarım çay qaşığı duz
- 3 ədəd kartof
- 1 çay qaşığı kəklikotu
- 2 yemək qaşığı duru yağ
 
Beşamel sous üçün:
 
- 2 yemək qaşığı un
- 2 yemək qaşığı kərə yağı
- 2 stəkan soyuq süd
- 1 çay qaşığı duz
- istiot
 
Üzəri üçün: 
- 100 qr holland pendiri rəndəsi
 
Hazırlanması:
 
1. Əvvəlcə soyulmuş, yuvarlaq şəkildə doğranmış kartofların üzərinə ədviyyatları və duru yağı əlavə edib, soba qabına düzün. 200 dərəcə temperaturda 20 dəqiqə bişirin. Digər ərzaqlarla birlikdə yenidən bişəcəyi üçün tam bişməməsinə diqqət edin.
 
2. Bir tavaya yağı və soğanları əlavə edib, qızardın. Soğanlar yüngülcə qızarana yaxın kub şəklində doğranmış toyuq ətini əlavə edib çox az qovurun. Toyuq əti bişdikdən sonra doğranmış bibərləri əlavə edin. Sonda ədviyyatları da əlavə edin və bişdikdən sonra soyuması üçün kənara qoyun.
 
3. Beşamel sousu hazırlamaq üçün; Kərə yağını kiçik bir qazanda qızdırın. Unu əlavə edib, qovrun. Qoxusu çıxan un artıq qovrulub deməkdir və üzərinə südü əlavə edib, çırpıcı ilə sürətli şəkildə çırpın. Topa qalmamasına diqqət edin. İstiot və duzu da əlavə edərək qaynayana qədər qarışdırıb, bişirin.
 
4. Sobada bişirdiyiniz kartofların üzərinə toyuqlu içliyi yayın. Üzərinə beşamel sousu gəzdirin. Sonda holland pendiri rəndəsini əlavə edib, əvvəlcədən qızdırılmış sobada 200 dərəcə temperatur ilə 25 dəqiqə bişirin.
 
5. Dilimlədikdən sonra isti-isti süfrəyə verin. 
 
Nuş olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!