“Püreli sini kababı resepti

Püreli sini kababı resepti

Ərzaqlar:

500 qram qiymə,

1 ədəd baş soğan,

1 kasa köhnə çörək içi,

1 az cəfəri,

1 ədəd yumurta,

2-3 diş sarımsaq,

Duz, istiot.

Püresi üçün:

5-6 ədəd kartof,

2 qaşıq kərə yağı,

2 stəkan süd,

Rəndələnmiş holland pendiri,

Duz.

Sousu üçün:

1,5 yemək qaşığı tomat pastası.

Hazırlanması:

Kartofları suda bişirin. Dilimlənmiş soğanı, sarımsağı, cəfərini və yumurtanı qiyməyə qatıb yoğurun. Siniyə əti yayın. Tomat pastası və 1 stəkan isti suyu qarışdırıb qiymənin üzərinə əlavə edin. Əti sobaya qoyaraq 170 dərəcədə üstü qızaranadək bişirin. Soyumuş kartofları kərə yağı və duz ilə əzin və süd əlavə edin. Krem kimi olan kartofa holland pendiri qatın. Sobadan çıxardığınız isti ətin üzərinə pürenizi yayın və yenidən sobaya qoyun. Üstü qızaranadək bişirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!