“Beşamel sous resepti

Beşamel sous resepti

Ərzaqlar:

2 yemək qaşığı kərə yağı,

1 yemək qaşığı maye yağ,

1,5 yemək qaşığı un,

1,5 su stəkanı süd,

Duz,

Qara bibər.

Hazırlanması:

Kərə yağı və maye yağ kiçik bir qazanda qızdırılır. Un əlavə edilərək qovrulur. Qoxusu çıxan un artıq qovrulub deməkdir və üzərinə 1,5 su stəkanı süd əlavə edilir. Çırpıcı ilə sürətli şəkildə çırpılır. Topa qalmamasına diqqət edin. Duz və qara bibər də əlavə olunaraq qaynayana qədər qarışdırılıb, bişirilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!