“Makiyaj edərkən nələrə diqqət etməlisiniz?

Makiyaj edərkən nələrə diqqət etməlisiniz?

Hər qadının makiyaj edərkən bilməli olduğu 5 makiyaj sirrini sizlər üçün bir yerə topladıq.

Bütün qadınlar az və ya çox, gündəlik və ya nadir hallarda olmasından asılı olmayaraq makiyajdan istifadə edir. Bəs düzgün makiyaj etdiyimizdən əminikmi? Gəlin bunlara birlikdə nəzər salaq!

1. Makiyaj fırçasından doğru istifadə önəmlidir. Tonal kreminizi üzünüzə tətbiq edərkən fırçanın ucundan tutun. Bu zaman yumşaq toxunuşlar sizə tonal kreminizi daha təbii tətbiq etməkdə köməklik göstərəcək.

2. Toz kirşan üzünüzdəki parlaqlığı neytrallaşdırıb işığı əks etdirərək qüsurlarınızı gizlətmək üçün əvəzolunmazdır. Amma bu o demək deyil ki, siz kirşanı üzünüzün hər yerinə tətbiq etməlisiniz. Böyük bir fırça ilə onu alnınızdakı “T” bölgəsinə tətbiq edin. Göz altlarınıza və burnunuzun kənarlarına da pudra tətbiq edə bilərsiniz.

3. Makiyaj fırçanızı yaxşı təmizləməyi unutmayın. Tonal əsas, layner kimi krem teksturalı məhsulların fırçalarınızda toplanması qaçınılmazdır. Bu səbəbdən də fırça təmizləyicilər, şampunlar fırçalarınızın tam təmizliyini hər zaman təmin etməyə bilərlər. Bunun yerinə, “waterproof” makiyaj təmizləyicilərinizdən əlinizin içinə bir neçə damla damcıladın. Fırçaları bununla ovun və durulayın. Daha sonra fırçanızı üz təmizləmə geli ilə bir dəfə də yuyub qurudun.

4. Asan göz makiyajı üçün:

Asan istifadə edə biləcəyiniz makiyaj vasitələri toplusu tünd rəng layner, təbii tonlarda bir göz kölgəsi və tuşdan ibarət ola bilər. Bu mükəmməl üçlü qısa qara don kimi hər şəkildə istifadə edilə bilər. Məsələn, makiyajınızı gecə üçün quyruqlu layner, künclərdə tünd rəng göz kölgəsi və taxma kirpiklərlə sonlandıra bilərsiniz. Sadalanan bu üç vasitəyə sahib olduğunuzda bir yerə hazırlaşmağın necə asan olduğunu özünüz görəcəksiniz.

5. Gözlərinizin içinə asanlıqla qələm çəkə bilmək üçün sizə məsləhətimiz də var. Üst göz qapağınızın içinə qələm çəkmək üçün alt kirpik dibinə və gözünüzün içinə qələm tətbiq edin. Daha sonra gözünüzü qırpın. Gözlərinizi möhkəm bağladığınız zaman gözlərinizdəki qələmin bir hissəsi alt göz qapağınızdan üstə keçəcəkdir. Rəngi tündləşdirmək üçün bunu iki dəfə təkrarlaya bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!