“Hansı tuş fırçası kirpiklərinizə daha uyğundur?

Hansı tuş fırçası kirpiklərinizə daha uyğundur?

Tuşsuz evdən çıxmayanlardansınız? Göz və kirpik quruluşunuza ən uyğun tuş fırçasını tapmağın yolları Leydi.az-da.

Qalın və sıx tüklü fırça

Klassik qalın fırçalar tuşlarda ən çox rast gəldiyimiz fırça çeşidlərindən biridir. Kirpikləri daha həcmli və dolğun göstərdiyi üçün bir çox insanın gözləntilərini qarşılaması ilə məşhurdur. Xüsusilə incə və solğun kirpiklər bu tərz fırçalar ilə daha yaxşı yola gedir. Qat-qat istifadə etməyə imkan yaratdığı üçün bu fırçalar ilə istədiyiniz dolğunluğu əldə edə bilərsiniz.

Uzun və incə fırça

Hər bir kirpiyi qavrayaraq dənə-dənə ayıran və uzunluq verən bir tuşa ehtiyacınız varsa, incə plastik fırçalar tam sizin üçündür. Tuşun toplanmasının qarşısını alan bu fırçalar uzun kirpiklər yaratmaq üçün idealdır. Üstəlik qalın fırçaların əksinə bir neçə ayda quruma riski də yoxdur. Ancaq həcmli kirpiklərə sahib olmaq istəyənlər üçün məsləhət deyil.

Qıvrıq fırça

Düz kirpiklərinizi burmaqda çətinlik çəkirsinizsə, bu fırçalar işinizi çox asanlaşdıracaq. Bu fırçalar kirpikləri yuxarı qaldırmaq və qıvırmaq üçün dizayn edilib. Səhərlər kirpik qatlayandan istifadə etməyə vaxtı olmayanların çox işinə yarayacaq.

Mikro fırça

Alt kirpiklərinizə də ən az üst kirpikləriniz qədər dəyər verirsinizsə, mikro fırçalar dərdinizə dərman ola bilər. Daha qısa və seyrək alt kirpiklər üçün xüsusi dizayn edilmiş bu fırçalar yayılma riskini də ən aza endirərək təmiz bir görünüş ortaya çıxarır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!