“Hamiləlik şansını nələr azaldır?

Hamiləlik şansını nələr azaldır?

Hansı faktorlar hamilə qalmaq şansını azaldır? Uşaq sahibi olmağı bir çox cütlük dörd gözlə gözləyir. Bir çox cütlükdə heç bir problem olmadığı halda demək olar ki, cütlüklərin 100-də 8-i övlad sahibi ola bilmir. Bəzi sağlamlıq problemləri və ya vərdişlər qadınların körpəni saxlamasını əngəlləyərək övlad sahibi olmasına mane olur.

Övlad sahibi ola bilməməyin həm qadından, həm də kişidən asılı ola biləcəyi məlumdur. Hamiləlikdən əvvəl cütlüklərin bir həkimə müraciət etməsi məsləhətlidir. Əgər indi və ya gələcəkdə hamilə qalmağı planlayırsınızsa, sağlamlığınızın buna uyğun olub-olmadığını bilməlisiniz. Əgər hər hansı risk olduğunu düşünürsünüzsə, bunu həkiminizlə indidən məsləhətləşin və müalicəsinə başlayın.

Hamilə qalmaq şansını azaldan faktorlar isə bunlardır:

- Çox kök olmaq

- Çox arıq olmaq

- Hormonal problemlərin olması

- İmmun sistemi ilə bağlı xəstəliklər

- Dərman istifadəsi

- İş yerində məruz qalınan bəzi maddələr

- Cinsi yolla yoluxan xəstəliklər

- Miyoma kimi xəstəliklər

- Həddindən çox kofe içmək

- Alkoqol və siqaret istifadəsi

- Stress

- Yaşın çox olması

Qadınlarda sonsuzluq əlamətləri


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar