“Ana olmağa hazırlaşan qadınlar iş həyatında nələrə diqqət etməlidir?

Ana olmağa hazırlaşan qadınlar iş həyatında nələrə diqqət etməlidir?

Çox yorucu və gərgin işi olmayan hamilə qadınlar hamiləliklərinin son həftələrinə qədər rahatlıqla işləyə bilərlər. Amma iş vaxtları və forması həkimləri tərəfindən dəyərləndirilməlidir.

Səhər yeməyini mütləq yeyin!

İşləyən hamilə qadınlar ən sağlıqsız bəslənən qrupa aid olurlar. Bunun səbəbi də səhər işə gedərkən evdən tez çıxmaq üçün heç nə yeməmək, günorta iş yerində verilən yeməyi dəyişdirmək imkanının olmaması və həmin yeməyi yemək əvəzinə doyurucu olmayan şeylərlə mədəni aldatmaq, axşam yorğun-arğın evə gələndə yenə ev işləriylə məşğul olduğu və yemək bişirdiyi üçün axşam yeməyini yeməməkdir. Bunu aradan qaldırmaq üçün səhər daha tez oyanıb səhər yeməyini yemək, günorta yeməyini evdən gətirmək və axşam da ev işləri və yemək bişirmək üçün evdəkilərdən kömək istəmək lazımdır.

Siyirmənizdə həmişə qoz və fındıq olsun.

Sağlam bir hamiləlik müddəti yaşamaq üçün işləyən qadınlar xüsusilə qidalanma alışqanlıqlarını yenidən nəzərdən keçirməlidirlər. Təməl qida maddələri olan ət, yumurta, paxlalılar, süd və süd məhsulları, meyvə-tərəvəz, taxıllardan kifayət qədər istifadə edilməli, şəkər və yağ tarazlığı qorunmalıdır. Şəkər və yağ miqdarı yüksək olan qidalar bəsləyici xüsusiyyətləri az və kalorisi çox yüksək olduğu üçün az istifadə olunmalıdır. Lakin, fındıq və qoz kimi çərəzlər yüksək kalorili olmadığı üçün və antioksidant təsirinə görə iş yerində həmişə yeyilməlidir.


Gündə iki fincandan artıq çay içməyin.

Hamilə qadınların günlük kalori ehtiyacı digər qadınlara nisbətən 300 kalori daha artıqdır . Buna görə də onlar daha yüksək kalorili qidalar yeməyə üstünlük verməlidirlər. 3 ana və 3 ara yemək olmaqla 6 dəfə yeyilməlidir. Hamilələr suyu əvvəlkinə nəzərən daha artıq içməlidirlər. Qəhvə və çayın gündə 2 fincandan artıq içilməməsi daha məsləhətlidir. Ara yeməklərdə lifli və kəpəkli qidalar həzm sistemi üçün faydalıdır. Həmçinin ara yeməklərində kök, alma kimi meyvə və tərəvəzlər, təbii meyvə suları, süd və süd məhsulları, südlü şirniyyatlar da rahatlıqla istifadə edilə bilər.

Alçaqdaban ayaqqabı geyinin

Ana olmağa hazırlaşan qadınlar işdə və günlük həyatlarında rahat hərəkət etmək üçün yüngül və gen paltarlar geyməlidirlər. Xüsusilə də tərləməyi artıran sintetik parçalar əvəzinə daha sağlam olan pambıq parçalardan hazırlanmış paltarlar geyinsələr, daha yaxşı olar. Paltar olduğu qədər ayaqqabı seçimi də bu dövrdə olduqca əhəmiyyətlidir. Dabansız və ya dikdaban ayaqqabılar bel ağrılarına səbəb ola bilər deyə hamilələrin rahat olmaları üçün alçaqdaban ayaqqabılar geymək daha məsləhətlidir.

2 saatdan bir 10 dəqiqə fasilə verin

Hamilə qadınların iş otağının işıqlı və yaxşı havalandırılmış olması çox mühümdür. Kondisionerin birbaşa üstünə vurmadığı bir yerdə dirsəklərin 90 dərəcə yüksəklikdə dura biləcəyi bir stol və rahat stuldan istifadə etməlidirlər. Uzun müddət istirahət etmədən işləmək əzələ ağrılarına və qan dövranı sistemində bəzi problemlərə səbəb ola bilər. Bunun olmaması üçün, xüsusilə oturaq işlə məşğul olan hamilələrin 2 saatdan bir ayağa qalxıb ofisin içində gəzməsi və bu zaman sadə qol, ayaq və boyun hərəkətləri etməsi bu sarıdan faydalıdır.

Avtomobili özünüz idarə etmək əvəzinə işə marşrutla gedin

İşə avtobus və ya metroyla və yaxud da yoldaşınızın idarə etdiyi avtomobillə getməyiniz rahatçılığınız və sağlamlığınız üçün daha məsləhətlidir. Əgər avtomobili özünüz idarə edirsinizsə, təhlükəsizlik kəməri taxmağa xüsusi diqqət yetirməlisiniz. 32-ci həftədən sonra qısa məsafələrə getmək xaricində hamilələrin avtomobil idarə etməməsi lazımdır.

Evdə istirahət edin və idmanla məşğul olun

İşləyən və günün çox hissəsini ayaq üstdə keçirən hamilə qadınlar evdə ayaqlarını yuxarı qaldıraraq istirahət etməlidirlər. İşdən sonra evdə yerimək və ya idman hərəkətləri etməklə qan dövranını yaxşılaşdıra bilərsiniz. Həftədə 2-3 dəfə üzməyə getmək, hər gün ən az 20 dəqiqə sürətli addımlarla yerimək ya da idmanla məşğul olmaq özünüzü yaxşı hiss etməyinizi təmin edəcəkdir. Gecə yatmazdan əvvəl ilıq su ilə yuyunmaq sizi rahatladacaq və tez yuxuya getməyinizə kömək edəcəkdir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar