“Pomidor maskası

Pomidor maskası

Evdə hazırlanan dəriyə qulluq maskaları son illərdə çox populyarlaşıb. Bunun əsas səbəbi yəqin ki, onların təbii, orqanik olmalarıdır. Qeyd etdiyimiz maskalardan biri də pomidor maskasıdır. Pomidor maskası dərinin rəng tonunun bərabərləşməsinə və sızanaqların azalmasına kömək edir.
Pomidor maskası dəridəki ləkələrin azalmasında effektivdir
Günəş ya da genetik səbəblərdən yaranan ləkələrdən pomidor maskasıyla qurtulmaq mümkündür, təbii ki, müntəzəm olaraq edildiyi halda.
Məşhurların gözəllik sirlərindən biri olan pomidor maskası təbii məhsullardan hazırlandığı üçün cildə ziyanı yoxdur.
Yağlı dərisi olanlar üçün də xeyirli olan pomidor maskasının effektiv olması üçün müntəzəm olaraq edilməsi mütləqdir.


Maska üçün sizə lazım olacaq:
- Pomidor
- Düyü unu
Pomidor və düyü ununu qarışdırıb 15 dəqiqə dərinizdə saxlamalısınız. 15 dəqiqədən sonra üzünüzü yuya bilərsiniz.


Qeyd: Axşamlar etməyiniz daha faydalıdır. Bu səbəbdən həftədə ən azı 2 ya 3 dəfə gecə pomidor maskası edin.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar