“Bikini bədəninə sahib olmaq üçün bunları edin

Bikini bədəninə sahib olmaq üçün bunları edin

Çimərlikdə bikininizdən çıxmaq üçün can atan piylərə son qoymaq sizin əlinizdədir. Necə? Cavabı məqaləmizdə.

Aktivliyinizi artırın

Araşdırmalar daim idmanla məşğul olanların digərləri ilə müqayisədə arıqlamaqda daha uğurlu olduğunu göstərir. Davamlı olaraq idmanla məşğul olmağı hədəfiniz halına gətirin.

Daha çox əzələ toplayın

Əzələ metabolik olaraq yağlardan daha aktivdir. Yəni daha çox əzələmizin olması daha çox kalori yandırmağımız deməkdir. Əzələlərinizi artıraraq metabolizminizi sürətləndirə bilərsiniz. Bunun üçün məşq proqramınıza əzələ artırıcı hərəkətlər əlavə edin.

Gündəlik tutun

Yediyiniz və içdiyiniz hər şeyi yazmaq arıqlamağınıza kömək edə bilər. Misal üçün arıqlama proqramınıza daha çox karbohidratlı qidalar əlavə etdikdə nə baş verdiyini yazın. İdmandan sonra nə hiss edirsiniz? Yemək fasilələrində yenidən aclıq hiss edirsinizmi? Daha enerjili, ya da özünüzə güvənli hiss edirsinizmi? Bunların hamısını yazdıqda irəliləmə olub-olmadığını dəqiq görəcəksiniz.

Həftədə 1 dəfə çəkinizi ölçün

Əzələnizi artıra bilərsiniz, yağ yandıra bilərsiniz, amma bu halda çəkiniz dəyişməyə də bilər. Buna görə də tərəziyə çıxıb çəkinizi sabit gördükdə kefinizi pozmayın. Yenə də bədəninizin görünüşündə dəyişiklik ola bilər. Buna görə çəkinizi eyni gördükdə həvəsdən düşməyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!