“Belinizi qorumağın 10 yolu

Belinizi qorumağın 10 yolu

Beldə yaranan narahatçılıqlar ümumilikdə bütün bədənə təsir edir. Son zamanlarda bel ağrısı çox geniş yayılan problemlərdən biridir. Bel ağrıları iki gündən artıq çəkirsə və şiddəti artırsa, ayaqlarda gücün və hissin azalması, yeriyə bilməmə, sidik qaçırma kimi hallar müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir. Laqeyd yanaşıldığında və ya səhv üsullar tətbiq edildiyində iflic olmaq riski bir xeyli yüksəkdir.
Bəsit və sadə yollarla bel ağrısının qarşısını almaq və rahat bir ömür sürmək mümkündür. Biz bu yazımızda sizə həkimlərin tövsiyə etdiyi 10 üsulun nələr olduğu barədə məlumat vermişik. Bunlar aşağıdakılardır:

1. Əşyaları yerdən götürərkən dizinizi bükün.

Səhv formada yük qaldırmaq beldə narahatlığa səbəb olan düzgün olmayan davranışların başında gəlir. Yerdən bir əşyanı götürmək istədiyiniz zaman dizlərinizi bükərək yerə çöməlin və bu formada yerdən qaldırın.

2. Belinizi döndərməyin.

Xüsusilə maşında arxaya dönüb nəsə götürmək bel ağrısına səbəb ola bilər. Buna görə onurğanın dönərək hərəkət etməsinə səbəb olan bu cür təhlükəli və ani hərəkətlər etməyin.

3. Arıqlayın.

Artıq çəki, xüsusilə bel nahiyəsindəki diskləri gücə salır. Bütün bədənin ağırlığı bel hisəsindəki onurğaya düşür və yük oradan ayaqlara yayılır. Kökələndə onurğaya düşən yük daha da artır. Buna görə də artıq çəkilərinizdən azad olmaq üçün düzgün qidalanın və davamlı olaraq idmanla məşğul olun.

4. Hündürə qalxmayın.

Bel ağrısına səbəb olan hərəkətlərdən biri də yuxarıdakı bir əşyanı götürməkdir. Başınızdan çox yüksəyə doğru qalxmayın və hündürdə olan bir yerdən ağır nəsə götürməyin.

5. İdman edin.

Bel çevrəsindəki əzələləri gücləndirmək üçün idman edin. Qaçmaq və üzmək ən çox faydalı olan idmanlardandır. Basketbol, futbol və ya ağırlıq qaldırma kimi idmanlar isə bel ağrısından şikayət edənlərə tövsiyə edilmir.

6. Hərəkətsiz qalmayın.

Əgər uzun müdddət stol arxasında oturaraq işləyirsinizsə, hər yarım saatdan bir pozisiyanızı dəyişin və ya qalxıb 5 dəqiqə gəzin. Bu, bel ağrılarınızın azalmasında təsirli olacaqdır.

7. Dəstəkdən istifadə edin.

İş yerinizdə və ya maşınınızda kreslonuzda oturarkən mütləq arxanıza dəstək üçün bir yastıq yerləşdirin. Çalışarkən olduğu kimi avtomobil idarə edərkən də oturmaq pozisiyası xüsusi əhəmiyyət kəsb edir. Geriyə doğru yaslanmayın və rola daha yaxın durmaqla avtomobili idarə edin.

8. Uzanaraq kitab oxumayın.

Uzanaraq kitab oxumaq bel ağrısına səbəb olur. Qabağa doğru əyildiyiniz üçün onurğanın duruşu dəyişir. Həmçinin yataqda dizüstü kompyuterlə də işləməyin.

9. Yataq seçiminə diqqət edin.

Yataqlar nə sərt, nə də çox yumşaq olmalıdır. Belinizin sağlamlığı üçün ortopedik yataqlar tövsiyə olunur. Yatmaq pozisiyasında isə heç bir məhdudiyyət yoxdur. Ən rahat olduğunuz pozisiyada yatın.

10. Rahat ayaqqabı geyinin.

Xüsusilə qadınlar üçün saatlarla uca dabanlı ayaqqabı geyinmək təhlükəli ola bilər. Çünki bütövlükdə onurğanın tarazlığı və ağırlıq mərkəzi dəyişir, bütün ağırlıq belə düşür. Buna görə də rahat ayaqqabılar geyinməyə üstünlük verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!