“Qabaq şorbası

Qabaq şorbası

Qabaq şorbası ilə həm ağzınızı dadlandırın, həm də sağlamlığınızı qoruyun! 

Ərzaqlar:

3 ədəd qabaq
3 ədəd yerkökü
1 ədəd kartof
1 ədəd soğan
1 diş sarımsaq
2 yemək qaşığı un
1 yemək qaşığı zeytun yağı
1 dəstə şüyüd
1 stəkan süd
3 stəkan su (duruluğuna görə artırıb azalda bilərsiniz)
2 yemək qaşığı qaymaq kiçik parça təzə zəncəfil


Hazırlanması:


Doğranacaq olan ləvazimatları doğrayıb hazır qoyuruq. Qazanı ocağa qoyub kərə yağı və zeytun yağını əlavə edib üzərinə unu töküb iyi çıxana qədər qovururuq. Un qovrulduqdan sonra soğanı və sarımsağı, daha sonra isə yerkökünü, kartofu və qabağı əlavə edirik. Bir neçə dəqiqə bişirdikdən sonra suyu, südü və zəncəfili əlavə edirik. (Zəncəfili bir az aroma verdikdən sonra çıxarmağınız məsləhətlidir). Qapağını bağlayıb qaynamağa qoyuruq. Tərəvəzlər yumuşalanda 2 qaşıq qaymaq əlavə edib qarışdırırıq. Blenderdən keçirib üzərinə də şüyüd əlavə edərək servis edirik. Nuş olsun!

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!