“Zəncəfil çayı ilə arıqla

Zəncəfil çayı ilə arıqla

Hər il yenisi çıxan və əslində heç bir işə yaramayan arıqlama üsulları pulunuzu, ümidinizi və sağlamlığınızı əlinizdən ala bilər. Niyə? Çünki qalıcı, sağlam, sürətli arıqlamağın sirri təbiətdədir. Zəncəfil çayı ilə arıqlamağın möcüzəsini yaşamaq həm təbii, həm də sərfəlidir.

Təkcə bir həftə ərzində zəncəfil çayı içdikdə bədəninizdəki su yığılması və şişkinliklərin azaldığını görəcəksiniz. Daha uzun müddət və davamlı istifadədə isə arıqlamağınız sürətli, faydalı və qalıcı olacaq.

Ərzaqlar:

- Baş barmağınız böyüklüyündə təzə zəncəfil,

- 1 ədəd dilimlənmiş limon,

- 2 yemək qaşığı yaşıl çay,

- 1 çay qaşığı bal,

- 1,5 litr su.

Hazırlanması:

Zəncəfili dilimləyin. Limon və su ilə birlikdə qazana qoyub bir az qaynadın. Qazdan götürüb bir az soyuması üçün 5 dəqiqə gözlədin və yaşıl çayı da əlavə edib dəmlənməyə qoyun. Ən az 5 saat ərzaqları beləcə saxlayın və daha sonra süzün. İçinə bal əlavə edib, yaxşıca qarışdırın. Gün ərzində içib bitirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!