“Pəhriz üçün tərəvəz şorbası

Pəhriz üçün tərəvəz şorbası

Az kalorisi ilə formada qalmağa kömək olacaq tərəvəz şorbası resepti

Ərzaqlar:

- 1 Ədəd baş soğan,

- 3 Diş sarımsaq,

- 1 Ədəd kök,

- 1 Ədəd brokoli,

- 1 Yemək qaşığı zeytun yağı,

- 1 Litr isti su,

- 1 Yemək qaşığı doğranmış cəfəri,

- 2 ədəd kartof,

- Qara bibər, nanə.

Hazırlanması:

Bu reseptdə duz bədəndə su tutulmasına səbəb olduğundan istifadə olunmur. Onun yerinə ədviyyatlarla dadlandırmağa çalışın. Bütün tərəvəzləri bərabər böyüklükdə, məsələn kub şəklində doğrayın. Şorba qazanına zeytun yağı və 2 yemək qaşığı isti suyu tökün. Soğan və sarımsaqları əlavə edib, qovurun. Bir neçə dəqiqə sonra kökləri və kartofları əlavə edib, qovurmağa davam edin. Brokolini əlavə edib, qarışdırın. 5 dəqiqə orta dərəcəli odda bişirin.

Bir litr isti suyu qazana əlavə edib, qarışdırın və bütün tərəvəzlər əriyənə qədər bişirməyə davam edin. Orta dərəcəli odda şorbanı qaynatdıqdan sonra ədviyyatları əlavə edib, qarışdırın. Pəhriz şorbası hazırdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!