“Kompyuter, planşet və əl telefonundan yayılan işıq kökəldir?

Kompyuter, planşet və əl telefonundan yayılan işıq kökəldir?

Axşam saatlarında telefon, planşet və kompyuter kimi elektronik əşyalardan yayılan parlaq işıq artıq çəkimizin səbəbkarı ola bilərmi?

Axşamlar parlaq mavi işığa məruz qalmaq metabolizmi alt-üst edir! Yeni araşdırmalara görə əl telefonu işığı kimi parlaq, mavi rəngli işığa məruz qalmaq metabolizmə təsir edərək, kökəldə bilər. Üstəlik gecə yataqda telefonla oynayanlar üçün də çox şad xəbərlər yoxdur.

Araşdırmada xüsusilə smartfonlardan yayılan işıqların mənfi təsirləri araşdırılmasa da, parlaq mavi işıq dalğalarının bədənimizin sirkadiyen ritmini mənfi istiqamətdə dəyişdirdiyi məlumdur. Sirkadiyen ritmi isə bədənin təbii saatına bənzədilən, yuxu, qidalanma və hormon ifrazı kimi mövzuları da tənzimləyən daxili nizamdır.

Bəs bunların metabolizmlə əlaqəsi nədir? Bir neçə il öncə mütəxəssislər günortadan sonra parlaq işığa məruz qalan insanların günortadan əvvəl parlaq işığa məruz qalanlardan daha kilolu olduğunu kəşf etdi. Siçanlar üzərində aparılan tədqiqatlar süni parlaq işığa məruz buraxılan heyvanların təbii işıq altında qalanlarla müqayisədə qlükoza parçalamaqda problem yaşadığını və kökəldiyini ortaya çıxardı.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!